Xəbərlər

Deputat bayramqabağı bahalaşmadan gileyləndi: Bundan çıxış yolu…

Qarşıdan Yeni il gəlir. Hər bayram ərəfəsində ərzaq məhsullarının qiymətlərinin artmasına artıq ölkə əhalisi adət edib.

İnsanlar ruhən bayram ab-havasında olsa da, bahalaşma hər kəsi narahat edir.

etmək olar?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, bahalaşma insanların sosial vəziyyətini çox çətinləşdirir:

“Əlbəttə ki, bahalaşma hamıda olduğu kimi, məni də narahat edir. Hal-hazırda elə ailələr var ki, onlar, ümumiyyətlə, bayram əhval-ruhiyyəsində deyillər. Təbii ki, hökümət bəzi yarmarkalar təşkil edib ki, insanlar heç olmasa ucuz qiymətə bayram məhsulları ala bilsin. Bu, yaxşı haldır”.

Deputat qeyd edib ki, lakin insanların pulu yoxdur.

“Nə etmək olar? Desəm ki, bir günlük camaatın maaşı artacaq, bu, mümkün deyil. Yanvarın 1-dən müəyyən qədər pensiya və müavinətlərə artım olacaq. Bu da insanların ehtiyacını ödəmir, lakin yenə də müəyyən qədər təsəllidir”.

R.Nurullayevin sözlərinə görə, yeganə yol budur ki, daha çox ehtiyacı olan, həssas ailələrə, imkansızlara birdəfəlik yardımlar edilsin. Deputat hesab edir ki, bu insanlara dövlət tərəfindən pulsuz ərzaqların verilməsi daha vacib olardı: “Hər rayonda 3-5 min belə insan var ki, onların həqiqətən köməyə ehtiyacı var. Onlara 100-200 manatlıq yardımların olunması çox yaxşı olardı. Bu adamların siyahısı icra hakimiyyətlərində var. Hal-hazırda yeganə çıxış yolunu bunda görürəm ”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu