Xəbərlər
Cümhuriyyət bayramın qutlu olsun, Türkiyə!

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümüdür.
Milli Cəbhə Partiyası adından qardaş Türk millətini və dövlətini ürəkdən təbrik edirik!
Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əsası qoyulan və bu gün qlobal güc mərkəzinə çevrilən Türkiyə Cümhuriyyətinə daimi tərəqqi, qüdrət və sarsılmaz gələcək arzulayırıq.
“Bir millət, iki dövlət” prinsipinə sadiq olan qardaşlığımız və strateji müttəfiqliyimiz əbədidir.
Türkiyənin Cümhuriyyət Bayramı qutlu olsun!