Xəbərlər

“COP29 məkanında ayrıca ibadət otaqlarının olması təqdir olunan haldır” – Tural İrfan

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans məkanında, kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq.

Qeyd olunub ki, kişilər və qadınlar üçün sakit və əlçatan yerlərdə, sanitar qovşaqları yaxınlığında ibadət xalçası ilə təmin olunmuş iki meditasiya/ibadət otağı olacaq.

COP29-da keçirilən zaman ayrıca ibadət otaqlarının olması əhəmiyyəti haqqında danışan Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib ki, böyük tədbirlərdə, insanların çox toplaşdığı yerlərdə onların ibadət etməsinə şərait də yaradılmalıdır: 

“Bu, təqdir olunan haldır ki, COP29 keçirilən konfrans məkanında da ibadət üçün qonaqlara şərait yaradılıb. Azərbaycanın dini tolerantlığı, müasirliyi, dinlərə də dindarlara ehtiramı hər zaman görsənir və bu davam edir. Dinimizə də də bu belə olmalıdır. Doğrudur, bir ibadət evində digər dinlərin nümayəndələri də ibadət edə bilər əslində. Amma elələri var, bunu qəbul etmir öz dininin məbədini istəyir. Hər halda bu şəraitin yaradılması müsbət addımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu