Xəbərlər

Sülh müqaviləsi COP29-a qədər imzalanacaq? – “Mətn hazırdır…”

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni demək olar ki, hazırdır.

Bunu Oxu.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə hazırda texniki məsələlər razılaşdırılır:

“Kazanda keçirilən ikitərəfli görüş çox səmərəli oldu və sülh üçün yaxşı imkanlar yaratdı. ABŞ Prezidenti Cozef Baydenin dəstək məktubu və Rusiyanın neytral qalması ikitərəfli danışıqların müsbət istiqamətdə inkişafına stimul verdi. Kazanda iki saatdan artıq danışıqlar aparıldı. Xarici işlər nazirləri tam mətni yekunlaşdırmaq üçün tapşırıqlar aldılar. Sərhədlərin delimitasiyası və demarkasiyası barədə əsasnamə və reqlament hər iki tərəf tərəfindən təsdiq edildi”.

Başqan müavini COP29-a qədər sülh müqaviləsi imzalana biləcəyini deyib:

“Lakin COP29-a az qalır. Düşünürəm ki, sülh müqaviləsi imzalana bilər. Amma bu proses dərhal yox, ilin sonunda da baş tuta bilər. Sülh müqaviləsi dövlətlərarası diplomatik əlaqələrin qurulması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, nəqliyyat və kommunikasiya yollarının qarşılıqlı açılması, gələcəkdə bir-birlərinə hücum etməmək kimi əsas tezislərə əsaslanır”.

Politoloq, Ermənistanın COP29-da iştirak edəcəyini bildirib:

“Hətta xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı mümkündür. Lakin Ermənistan COP29 ərəfəsində erməni diversantların azad edilməsini xahiş edir. Bu kimi məsələlər problem yaradır. Hesab edirəm ki, Azərbaycan bu dəfə də qarşılıqlı etimadı gücləndirmək və sülh üçün mümkün addımlar atacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu