Xəbərlər

Çindən 8 min tabut zənginlər üçün gətirilib? – Dinşünas

Çindən Azərbaycana səkkiz min tabutun gətirilməsinin müxtəlif səbəbi ola bilər. Ölkəmizdə müsəlmanlarla yanaşı xristian və başqa dinlərə etiqat edən vətəndaşlarımız, müxtəlif dini icmaların, konfensiyaların üzvləri var və hər dinin də özünün dəfn qaydaları mövcuddur.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.

İlahiyyatçı qeyd edib ki, Müsəlmanlarda kəfənlə, qeyri dinlərdə isə tabutda dəfn olunmaq adəti var:

“Eyni zamanda ateist adlandırılan inancsız insanlar da var ki, onların da təşəbbüsü ola bilər ki, onlar da öz inancsızlıqlarına uyğun dəfn mərasimi keçirmək istəyirlər. Bu da ola bilər. Adətən müsəlman ölkələrində yaşayan ateistlər və deistlər ənənəyə uyğun olaraq elə müsəlman qaydasına uyğun dəfn olunur. Bir variantın olması da mümkündür ki, bu bəzi məmurların, maddi imkanı yüksək olan şəxslərin təşəbbüsü olsun. Necə ki, qəbristanlıqlarda təmtəraqlı məzar daşları, movzoleylər qurdurur, heç bir dinə və ənənəyə uyğun olmayan qaydalarda dənf həyata keçirirlər, yaxınların məzarının üstünə Çindən, İtaliyadan gətirtdikləri bahalı daşlar qoyurlar. Ola bilsin, həmin imkanlı şəxslər torpağın altında çürüməmək üçün ivanitdən və başqa maddələrdən hazırlanmış yüzillərlə çürüməyən tabutda dəfn olunmaq istəyirlər”.

“Hər kəsin öz etiqadı, öz inancı, yaxud da inancsızlığı var”, deyən ekspert ehtimal edir ki, o tabutlar imkanlı zümrə üçün sifariş verilib:

“Necə ki, bahalı mərmər daşları gətirlir. Hətta onun monopolyada olduğu, müxtəlif işbazların bu işlə məşğul olduğu deyilir. Bu daşları dəbə salırlar, məzar daşlarına QR yerləşdirirlər. Görünür, kimsə tabut biznesinə başlayıb. Ola bilsin, bu tabutları gətirib dəbə salacaq. Bu da müəyyən insanların ağlına batacaq. Ola bilsin, onlar bu tabutları kütləvi şəkildə alacaqlar və ölülərini bahalı tabutlarda dəfn edəcəklər”

Bir cavab yazın

Back to top button