Xəbərlər

Cinayət etmiş məmura əfv məhdudlaşdırılsın – TƏKLİF

Cinayət etmiş məmurlara-vəzifəli şəxslərə şərti cəza tətbiq edilməsin, onlara qarşı əfv, amnistiya, daha yüngül cəza ilə əvəzetmə məhdudlaşdırılsın.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. Onun sözlərinə görə, “cinayət etmiş məmurun-vəzifəli şəxsin, dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsi və eləcə də barəsində çıxarılmış hökmlə də şərti cəzanın tətbiqi qətiyən düzdün deyil”:

“Bu hüquqi normalar ümumiyyətlə cinayət və cəza anlayışının fəlsəfəsinə ziddir.

Məmurun dələduzluq, rüşvət, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma və sair cinayət və korrupsiya xarakterli əməllərinə görə cəzadan azad etmə, korrupsiyanın daha da genişlənməsinə şərair yaradır, cəzasızlıq sindromu fomalaşdırır.

Cəza törədilmiş cinayətə görə tənbeh xarakterlilidir və fərdi qaydada tətbiq olunur. Əgər, Azərbaycan qanunvericiliyinə əsasən cinayətə görə cəzanın məqsədi (CM 42.1) sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlərin qarşısının alınmasıdırsa, cəzasızlıq cinayət qanunvericiliyinin məqsədini əhəmiyyətsiz və təsirsiz edir. Mövcud cinayət qanunvericiliyinin yaratdığı “hüquqi imkankarla” (şərti cəza, dəymiş ziyanın ödənilməsinə görə cinayət işinə xitam verilməsi) ölkəmizdə korrupsiya, rüşvətlə effektili mübarizə aparmaq mümkün deyil”.

Hüquqşünas qanunvericiliyə dəyişiklik təklif edib:

“Vəziyyətin köklü dəyişməsi, korrupsiya, rüşvət və məmur özbaşnalığının qarşısını almaq üçün cinayət qanunvericiliyinə dəyişikliklər edilməli, yuxarıda göstərilən “hüquqi imkanlar”ın cinayət hüquqnda məmurlar-vəzifəli şəxslər barədə tətbiqi dayandırılmalıdır.

Təklifimin daha bir vacib hissəsi ondan ibarətdir ki, barəsində hökm çıxarılmış məmurun korrupsiya ilə bağlı cunayətləri əfv, amnistiya, cəzasının yüngülləşdirilməsi (əvəz edilməsi) kimi cinayət hüququ məhdudlaşdırılmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu