Xəbərlər

Bu pensiya ilə dolanmaq möcüzədir

Bu pensiya ilə dolanmaq möcüzədir

Milli Cəbhə Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Pərviz Şıxalıyev mövcud pensiya ilə dolanmağı möcüzə adlandırıb:

“Ölkəmizdə minimum pensiya 280 manatdır. Hökümət rəsmiləri bu məbləğin pensiya alan vətəndaşın bir ay yaşaması üçün kifayət etdiyini düşünür.

Səbəb kimi də, pensiya alan vətəndaşlar üçün yaşayış minimumunun 222 manat müəyyən edilməsidir. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hesab edir ki, 280 manat pensiya alan vətəndaşlar bir ay normal yaşaya bilər. Hələ 58 manat da artıq qalır.

Lakin, həqiqət budur ki, kommunal xidmətlərin, qazın, elektrik enerjisinin, suyun, ərzağın, meyvə-tərəvəzin, dərmanların, geyimlərin indiki qiymətlərini nəzərə alsaq bu pensiya ilə vətəndaşın yaşaması bir möcüzədir.

Ölkəmizdə minimum əmək haqqı 345 manatdır. Minimum pensiyanın minimum əmək haqqı qədər olması yaşlı pensiya müavinəti ilə yaşayan vətəndaşların yaşayış səviyyəsini az da olsa yaxşılaşdırar. Ümid edək ki, gələn ilin büdcəsində minimum pensiya minimum əmək haqqı qədər olacaq”.

İH üzvü sonda vətəndaşın sosial problemlərini daim diqqətə çatdırdıqlarını vurğulayıb:

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev başda olmaqla partiya funksionerləri, partiya üzvləri daim vətəndaşların sosial problemlərini hökumətin nəzərinə çatdırır, bu problemlərin həlli yolunu göstərir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu