Xəbərlər

“Bu, bütövlükdə Türk dünyasının uğurudur…” – Başqan müavini

Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı yeni bir şanlı tarix oldu. Hazırda bu qürurlu tarixi ana şahidlik etmək sevincini yaşayırıq.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

“Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanın açılışında iki qardaş dövlətlərin başçılarının iştirakı nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının uğurudur”, – başqan müavini əlavə edib.

Deputat köməkçisi Laçın hava limanının əhəmiyyətini vurğulayıb.

“Laçın Beynəlxalq Hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınması və nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyətə malikdir. Məhz Prezident İlham Əliyev çıxışlarında Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etmişdi. Artıq bu istiqamətdə əməli fəaliyyət onu göstərir ki, dövlət başçısı azad olunmuş torpaqların yenidən qurulmasına dərin həssaslıqla yanaşır və verdiyi sözü əməli ilə həyata keçirir. Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacağına şübhəsiz inanırıq!”, – E.Mehtiyev deyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu