Brüssel və Vaşinqton yenidən aktivləşib – Sədr müavini
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutarsa, sülh müqaviləsinin razılaşdırılmayan detalları müzakirə ediləcək.
Bunu Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə ümumiyyətlə, Vaşinqtonda görüşə ehtiyac yoxdur:
“Ermənistan və ABŞ burada maraqlıdır. Ermənistan tərəfi qoşunların sərhəddən güzgü prinsipi ilə geri çəkilməsini təklifini irəli sürür. Ümumiyyətlə, bu təklif sülh müqaviləsinə salına bilməz. İkinci, Ermənistan Zəngəzurdan maneəsiz giriş-çıxışı verməkdə maraqlı deyil.
Artıq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın qoşunların sərhəddən geri çəkilmək təklifini qəbuledilməz olduğunu vurğuladı. Naxçıvana maneəsiz giriş-çıxış təmin edilməsi də sülh müqaviləsində yer almaya bilər. Bu məsələlər sülh müqaviləsindən sonra müzakirə edilə bilər. Brüssel və Vaşinqton yenidən vasitəçilikdə aktivləşib”.
Politoloq Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıya gəlişini də dəyərləndirib:
“Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin detallarını Türkiyə ilə kordinasiya edir. Bu məsələdə Türkiyəni kənarda qoymur. Ankaranın prosesdə olması, Azərbaycanın mövqeyini gücləndirir və Türkiyə də masada olduğunu mesajını verir”.