Xəbərlər

Böyük müharibə başlayacaq!

Yəmənin Hubeybə hava limanının İsrail tərəfindən vurulmasından sonra Yəmən Husilərinin Ənsarullah təşkilatı da Təl-Əvivə dron hücumu həyata keçirib.

Misir və digər ərəb ölkələri İsrailin Yəmənə hücumunu ciddi narahatlıqla qarşılayıb, həyəcan siqnalı veriblər.

Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan böyük müharibə ehtimalının yüksək olduğunu bildirib:

“Aylar öncədən demişik ki, bu savaş vaxtında dayandırılmalı, BMT-nin qətnamələri əsasında, iki dövlət prinsipi ilə problem həll edilməlidir. ABŞ gücünü silahla göstərməməlidir, problemi həll etməklə göstərməlidir.

Demişdik, yenə də təkrar edirik: ilin sonuna qədər savaş dayanmasa böyük müharibəyə çevriləcək. Artıq Yəmənlə ikinci cəbhə açılıb. Olsun ki, Hizbullaha qarşı da Livana hərbi müdaxilə edilsə Livanla da rəsmi müharibə meydana çıxacaq. Beləliklə açıq dünya müharibəsi başlaya bilər”.

İlahiyyatçının sözlərinə görə Yəmən digər ərəb, müsəlman ölkələrindən fərqlidir:

“Həm hərbi, strateji baxımdan, həm də əhalinin xarakteri baxımdan. Yəmən ikinci Əfqanıstandır.

İsrail – Həmas – Fələstin problemi tam yetişib. Yüz ilə yaxınlaşan qanlı müharibə sonda ya müharibəsinə ya da mütləq dünya müharibəsinə çevriləcək. Odur ki, ABŞ, Çin, Rusiya bir araya gəlib BMT – nin qətnamələrinin tətbiqini təmin etməlidirlər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu