Belə laqeydlik və arxayınlıq olarmı? – Deputat narazılıq etdi

Məlumat verdiyimiz kimi, İmişli rayonu Otuzikilər kənd ərazisində avtoqəza zamanı çox sayda azyaşlı uşaq yaralanıb – İsmayılov Fərman Bayram oğlu, Cahangiriv Röyal Zamiq oğlu, İsmayılov Cahid Cavid oğlu, Məmmədov Məhəmməd Əkbər oğlu, Bağırov Ümüd Rauf oğlu, Babaşov İlyas Cəmil oğlu və sürücü Babaşov Cəmil Zeyni oğlu.
Bir neçə gün öncə hazırda orta ağır vəziyyətdə Bakıda müalicə alan yaralı Məmmədov Məhəmməd Əkbər oğlunu ziyarət edən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli şəhərində digər yaralanan uşaqların valideynləri ilə görüşdüb.
Millət vəkili bildirib ki, valideynlərin konkret tələbləri var:
“Qəza törədən şəxs məsuliyyət daşısın. Mənim müdaxiləmdən sonra nəhayət ki, bir neçə gün keçəndən sonra bu gün onlarla maraqlanmağa başlayıblar. Belə çıxır ki, əgər mən də hər şeyi qulaqardına vursaydım, laqeyd yanaşsaydım, Allah eləməsin, o uşaqların valideynləri faciə yaşasaydı, heç kimin tükü də tərpənməyəcəkdi?
Belə laqeydlik və arxayınlıq olarmı? Kimə və nəyə?, – deputat deyib.


