Xəbərlər

Bayden dövründə Azərbaycana qarşı təzyiq siyasəti aparılıb – ŞƏRH

Trampın siyasəti Azərbaycanın maraqlarına cavab verir.

Sosdem.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi çərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə Tramdan pncə ABŞ müxtəlif ölkələrdə rəngli inqilabların müəllifi olub:

“Məhz Trampın bu barədə kəskin danışması onun administrasiyasının bu siyasətdən imtina etməsinin mesajıdır. Tramp əsasən iqtisadi sövdələşmələrdə maraqlıdır. Onun Səudiyyə Ərəbistanı və Qətərlə bağladıqları müqavilələr trilyon dollarla ölçülür. Tramp əsasən ”yumşaq güc”dən istifadə edərək, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət aparır. Müharibə, müxtəlif təşkilatlar vasitəsilə təzyiq siyasətdən imtina edir. Bu da ABŞ administrasiyasına etimadı artırır. Bayden adminstrasiyasının həyata keçirdiyi xəttə ABŞ milyonlarla dollar xərcləyib, digər ölkələrə təzyiq siyasəti aparıb. Tramp isə ölkələrlə əməkdaşlıq edərək, ölkəyə pul axınını təmin edir. Bir növ o iqtisadi siyasətə üstünlük verir”.

Ekspertin qənaətinə görə, Azərbaycan da bu istiqamətdə ABŞ-la işləməyə hazırdır:

“Azərbaycan daima müstəqil siyasətə üstünlük verib. Qarşılıqlı etimada əsaslanan siyasi əməkdaşlığın genişləndirilməsi üçün Vaşinqtonla işləməkdə maraqlıdır. Amma Bayden administrasiyası ölkələrin müstəqil siyasətini qəbul etməyib. Azərbaycana qarşı daima təzyiq və şantaj siyasəti aparılıb. Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət apararaq xarici təzyiqlərin neytrallaşdırılmasına çalışıb. Bu gün Gürcüstanda da Azərbaycanla eyni siyasət aparmağa çalışır. Trampın tutduğu siyasət Azərbaycanın maraqlarına cavab verir. ABŞ-la Azərbaycan arasında mövcud əməkdaşlığı inkişaf etdirmək perspektivi var. Cənab Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin şaxələndirilməsi və milli maraqlara cavab verən strategiya reallaşdırır. ABŞ administrasiyası ilə də bu əlaqələr inkişaf edəcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu