Xəbərlər

Bakıda qanun danışdı: Cinayətə layiqli cəza! – ŞƏRH

Azərbaycanın suveren ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin üzvləri barəsində çıxarılan hökm cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə rezonans doğurub.

Mövzu ilə bağlı Sosdem.az-a açıqlama verən Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan bildirib ki, Bakı Hərbi Məhkəməsinin qərarı həm hüquqi, həm də mənəvi baxımdan tarixi ədalətin bərpasıdır.

Beynəlxalq Standartlara Uyğun Məhkəmə Prosesi

Məhkəmə prosesini yaxından izləmiş ekspert vurğulayır ki, istintaq və mühakimə dövrü tam şəffaf, beynəlxalq hüquq normaları çərçivəsində keçib:

“Azərbaycan dövləti hər zamanki kimi humanistlik nümayiş etdirsə də, qanunun aliliyi prinsiplərindən geri çəkilmədi. Terror və separatçılıqla məşğul olan şəxslər vəkil və digər hüquqi yardımlarla təmin olunaraq, sivil qaydada mühakimə edildilər.”

Qərbin “İkili Standartlar”ı və Azərbaycanın Qətiyyəti

Ekspert bəzi beynəlxalq təşkilatların qərəzli mövqeyinə də toxunaraq, onların yanaşmasındakı paradoksu diqqətə çatdırıb:

“Başqa ölkələrdə dövlət başçılarını məhkəməsiz edam edən və ya ağır müdaxilələr edən dairələrin, Azərbaycanın öz xalqına qarşı cinayət törədənləri cəzalandırmasına irad bildirməyə haqqı yoxdur. Qərb təşkilatlarının bəyanatları çox vaxt hüquqa deyil, siyasi və dini təəssübkeşliyə əsaslanır. Tarix boyu bir çox ölkələr soyqırımı və terror törədənlərə qarşı kəskin qərarlar verib. Azərbaycan isə beynəlxalq öhdəliklərinə sadiq qalaraq ən ağır cinayətkarlara belə hüquq müstəvisində yanaşıb”.

Ağır Cəza, Adil Hökm

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Ermənistan vətəndaşları olan cinayətkarlara müxtəlif müddətli həbs cəzaları verilib:

Melikset Paşayan: 19 il, Qarik Martirosyan: 18 il, Davit Allahverdiyan və Levon Balayan: hər biri 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan: hər biri 15 il.

Bu hökm işğal dövründə xalqımıza qarşı cinayət törətmiş hər kəs üçün bir ismarıcdır: Heç bir cinayət cəzasız qalmır...

Bir cavab yazın

Back to top button