Xəbərlər

“Azərbaycanın Türk dünyasının siyasi mərkəzi…” – Deputat

Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki qardaş dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq Türk dünyasının ümumi inkişafına və inteqrasiyasına ciddi töhfə verir.

“Bu səfər bir tərəfdən strateji tərəfdaşlığın dərinləşməsi, digər tərəfdən isə Türk dövlətləri arasında birliyin daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır,” – MCP başqanı deyib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan regionda aparıcı, etibarlı və sözü keçən dövlət kimi qəbul olunur.

“Bu gün ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Türk dünyasında sabitliyin, inkişafın və birliyin əsas dayaqlarından birinə çevrilib. Qazaxıstanla əlaqələrin genişlənməsi həm iqtisadi perspektivlər, həm də mədəni-humanitar əməkdaşlıq baxımından yeni imkanlar yaradır,” – partiya başqanı əlavə edib.

Razi Nurullayev sonda, Azərbaycanın Türk dünyasının siyasi mərkəzlərindən biri kimi formalaşdığını, qeyd edib.

Bir cavab yazın

Back to top button