Xəbərlər

Azərbaycanın qətiyyəti İranı barışığa məclur etdi… – ŞƏRH

“SEPAH Müctəba Xameneini zorla seçdirdi, Tramp isə xəbərdarlıq etdi: ‘Bizdən təsdiq almasa, hakimiyyətdə qala bilməz’. İran teokratiyası artıq öz nüfuzlu simalarını qurban verməklə islahatlara yol açır”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert İranın gələcək siyasi arxitekturasında azərbaycanlı prezident Məsud Pezeşkianın artan rolunu və SEPAH-ın bundan duyduğu dərin narahatlığı təhlil edib.

Pezeşkian – ABŞ və İsrail üçün məqbul alternativ?

Analitik vurğulayıb ki, SEPAH və Əli Laricani qruplaşması Pezeşkianın mütləq hakimiyyətə gəlməsindən ciddi şəkildə çəkinir:

“SEPAH-ın Pezeşkianın qonşu dövlətlərdən üzr istəməsini ‘səhv’ adlandırması və onu susdurmağa çalışması təsadüfi deyil. Radikallar onu nüfuzdan salmağa çalışsalar da, Pezeşkian həm ABŞ, həm də İsrail üçün məqbul fiqur sayılır. Trampın ‘İranın xəritəsi dəyişə bilər’ mesajı fonunda, azərbaycanlı prezident və Cənubi Azərbaycan vəhdəti rejimi qorxuya salan əsas faktordur.”

Müctəba Xameneinin təyinatı: Məcburi gediş

Politoloqun fikrincə, Müctəba Xameneinin Ali Dini Lider postuna gətirilməsi onun faktiki olaraq hədəfə qoyulması deməkdir:

“İran parlamentində belə ‘heç kim bu postu tutmaq istəmir’ fikirləri səslənir. Trampın ‘Hər 10 ildən bir buna qayıtmaq istəmirik’ deməsi o deməkdir ki, Müctəba Vaşinqtonla məsləhətləşmədən bu kürsüdə uzun müddət qala bilməyəcək. Rejim radikal şəxslərin həyatını riskə atmaqla əsaslı dəyişikliklərə getmək üçün yollar axtarır.”

Azərbaycanla münasibətlər: Bakı Tehranı geri çəkilməyə məcbur etdi

MCP rəsmisi Azərbaycanın qətiyyətli hərbi və diplomatik reaksiyasının İranı normallaşmaya məcbur etdiyini qeyd edib:

“Bakının ordunu səfərbər etməsi və tranzit xətlərini məhdudlaşdırması İranı geri addım atmağa vadar etdi. İndi rejim Pezeşkianı Azərbaycanla münasibətləri düzəltmək üçün önə verir. İlham Əliyevə edilən zəng və kommunikasiya xətlərinin yumşaldılması İran üçün bir diplomatik nəfəslikdir. Lakin SEPAH bu razılaşmaları hər an poza bilər.”

Bir cavab yazın

Back to top button