Azərbaycanın mövqeyi; Kreml çıxılmaz durumda – Şərh
Azərbaycanın Türkiyə ilə əlaqələri inkişaf etdirməsi, Suriya siyasətinə dəstək verməsi, Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar Rusiyanı narahat edir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Moskva Azərbaycana təzyiq etmək üçün Çeçenistan ərazisində Azərbaycanın təyyarəsini hədəf aldı:
“Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqi öz əleyhinə işləyir. Prezident İlham Əliyevin açıq, kəskin şəkildə Rusiyanı tənqid etməsi və vicdansızlıqda ittiham etməsi, bu proseslərin arxa fonunda Kremlin anti-Azərbaycan siyasəti dayanır.
Azərbaycan Türkiyə ilə siyasi əlaqələri inkişaf etdirir, Ankaranın regional və beynəlxalq siyasi mövqeyinin güclənməsinə dəstək verir. Rusiya düşünürdü ki, Azərbaycan geri çəkiləcək və Rusiya istədiyini diktə edəcək.
Amma, Azərbaycanın kəskin mövqeyi Kremli çıxılmaz vəziyyətə saldı. Çünki, Rusiya da kifayət zəifləyib və Bakı Moskvanın diktəsi ilə hərəkət etməz. Proseslər Rusiyanın Cənubi Qafqaz siyasətinə zərbə vurdu. Hazırda Rusiya cinayəti öz üzərinə götürmək istəmir və bunu Kadırovun üzərinə fokuslandıracaq”.