Xəbərlər

Azərbaycan İrandakı səfirini geri çağırmalıdır – Politoloq

İran Azərbaycan arasında davam edən siyasi böhran Tehran rejimi tərəfindən həyata keçirilir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə SEPAH ikitərəfli əlaqələri sabotaj edir:

“İki ölkənin xüsusi təyinatlı qüvvələri sərhəddə birgə hərbi təlimlər keçirdi. Dövlətlər arası birgə komissiyanın iclasının keçirilməsinə baxmayaraq SEPAH ikitərəfli əlaqələri sabotaj edir.

Artıq Azərbaycan İrandan səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır. Göründüyü kimi, ikitərəfli danışıqlar aparılsa da müsbət bir irəliləyişə gətirib çıxarmır. Çünki, İran “Zəngəzur” dəhlizinin açılmasına qarşıdır. Türkiyənin regionda artan geosiyasi mövqelərini möhkəmləndirməsini qəbul etmir. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını təhlükəsizliyi üçün təhdid görür”.

Ekspert bildirib ki, İran prezidenti Pezeşkian mühafizəkar dairələrin Azərbaycana qarşı destruktiv siyasətinə son qoymaq gücündə deyil”

“İran Qərblə Azərbaycan arasında yaranmış siyasi böhrandan istifadə edib, təzyiqlər etməyə çalışır. Azərbaycan Qərblə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməlidir.

Azərbaycanın Rusiya və İranla münasibətlərini platforma şəklində qurmağı mümkün görünmür. Bakı Türkiyə, Gürcüstanla regional inteqrasiyanı inkişaf etdirmək istiqamətində mühüm layihələr icra etməlidir. Regional inteqrasiyanı özündə ehtiva edən “Altılıq” platformasının qurulması tarixdə qaldı.

Bir müddətdən sonra, İran və Rusiya dəmiryol nəqliyyatının inkişafı üçün Şimal-Cənub nəqliyyat dəhlizinə görə Azərbaycanla əlaqələri bərpa etməyə məcbur olacaq. Amma, ikitərəfli əlaqələrin daima hamar olması mümkün deyil. Rusiya ilə münasibətlərin yaxın perspektivdə normallaşması gözlənilir. Amma, İranla bağlı ikitərəfli əlaqələr dumanlı olaraq qalacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu