Xəbərlər

Azərbaycan öz Alban xristian mirasını şərəflə qoruyur… – Ekpsert

Ermənistanda revanşistlər guya Azərbaycanın Qarabağda ‘qədim erməni kilsəsini’ sökməsi ilə bağlı saxta iddialar qaldırıblar. Bu, məqsədli şəkildə Nikol Paşinyana qarşı aparılan anti-kampaniyanın tərkib hissəsidir. Lakin Paşinyan özü də bu iddiaları təkzib edərək bildirib ki, belə bir şey yoxdur və o, Azərbaycan ərazisi ilə bağlı məsələlərə görə ona müraciət edilməməsini məsləhət görüb…

Bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Sosdem.az-a açıqlamasında Qarabağdakı xristian abidələri ətrafında yaradılan süni gərginliyi şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Qarabağdakı qədim məbədlərin erməni kilsəsi ilə heç bir tarixi bağlılığı yoxdur:

“Qarabağda olan qədim Alban kilsələri qədim Alban xristian irsinə məxsusdur və Azərbaycan xalqının tarixinin ayrılmaz bir parçasıdır. Tarixi mənbələr də sübut edir ki, həmin kilsələr alban tayfalarına və qıpçaqlara məxsus olub. Ermənistan işğal dönəmində Cəbrayılda, eləcə də Xankəndində qanunsuz olaraq kilsələr tikib. Bu tikililər Azərbaycan xalqının tarixi kilsələri deyil, qanunsuz inşa edilmiş siyasi xarakterli obyektlərdir.”

MCP rəsmisi qeyd edib ki, Azərbaycan dövləti bölgədəki həqiqi tarixi irsi qorumaqda davam edir:

“Azərbaycan Qarabağdakı qədim Alban kilsələrini öz tariximizin bir parçası kimi yüksək səviyyədə mühafizə edir. Revanşistlərin saxta iddiaları isə yalnız daxili siyasi çəkişmələrə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir. Bizim üçün bu kilsələr əcdadlarımızın yadigarıdır və dövlət tərəfindən ciddi şəkildə qorunur.”

Bir cavab yazın

Back to top button