Xəbərlər

ABŞ və Rusiya Avropanı prosesdən uşaq tutmağa çalışır – ŞƏRH

ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof və kürəkəni Kuşner Kremldə Putinlə görüşü nəticəsiz olsa da, danışıqların davam etdirilməsi razılaşdırılıb. Görünür, Putin yenidən Trampın mövqeyini gözləyəcək. Görüşdə Ukrayna prezidenti Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasının danışıqlar predmeti olması istisna deyil. ABŞ nümayəndə heyəti Rusiyaya daha yaxın şəxslərdi Moskvadan və Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtdılar.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Putin birbaşa ABŞ-la danışıqlara gedərək, Avropa İttifaqını prosesdən çıxarır:

“Halbuki, Avropasız Ukrayna böhranın həlli yoxdur. Ukrayna ilə bağlı ABŞ və Rusiya 28 maddəlik “sülh planı” bunun bariz nümunəsidir. Amma, Avropa İttifaqı bu prosesi pozaraq,19 bəndlik razılaşma mətni hazırladı.

Rusiya danışırlara qatılır və sülhə hazır olduğunu görüntüsünü nümayiş etdirir. Amma, konkret öz şərtlərindən geri çəkilmir.

Hazırda Rusiya heç bir atəşkəsə getmir.Həmçinin Avropa ölkələri və Ukrayna Rusiyanın şərtlərini qəbul etmir. Çünki, Rusiyanın şərtləri güc yolu ilə sərhədlərin dəyişdirilməsidir. Bu, beynəlxalq hüququn pozulması və yeni dünya siyasi nizamında güc tətbiqinin önə çıxmasıdır. Bu da digər regionlarda yeni hərbi toqquşmalara yol aça bilər”.

Ekspertin sözlərinə görə, Ukrayna münaqişəsinin həll formulu yalnız Qərb Alyansının Rusiyaya güc tətbiq etməklə, Kremli öz şərtlərindən imtinaya məcbur etməsindən keçir:

“Qərb Alyansi indiyə kimi verilməyən hücum və öldürücü silahları Ukraynaya verməklə, danışıqları öz lehinə dəyişə bilər.

Hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlar müsbət nəticə verməyəcək. Yalnız tərəflərin ortaq nöqtəsi isə, atəşkəs razılaşmasına getməkdir. Atəşkəs rejimi ilə bağlı Kremldə fikir ayrılıqları yaranıb. Rusiya xarici işlər naziri Lavrov Aralıq sazişi imzalanması şərtini irəli sürüb.

Rusiya prezidenti Ukraynada kiçik qələbə əldə etməklə, taktiki üstünlük əldə etməyə çalışır. Rusiya taktiki üstünlük əldə etdikdən sonra, hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiya olacaq. Məhz Putin Donbası Rusiyaya verməklə, Avropaya hücum etməmək barədə yazılı şəkildə müqaviləyə imza atmağa hazır olduğunu qeyd edir”.

MCP rəsmisi sonda vurğulayıb ki, ABŞ prezidenti, Rusiya resurslarından istifadə və Çinə qarşı birgə çıxış etməklə, Ukrayna ilə bağlı Moskvaya güzəştə getməyə hazırdır.

Bir cavab yazın

Back to top button