Xəbərlər

ABŞ və Azərbaycan birgə addımlar atacaq… – Ekspert

ABŞ və Azərbaycan arasında siyasi, diplomatik əlaqələr müsbət dinamika üzrə davam edir. Bu münasibətlərin mühüm nəticələrindən biri kimi 907-ci düzəliş üzrə məhdudiyyətlərdən azadolmanın uzadılmasını qeyd etmək olar. Bu qərar ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsinin yolunu açmaqla yanaşı, ikitərəfli tərəfdaşlığın işlək vəziyyətdə qalmasını təmin edir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan deyib.

“907-ci Düzəlişi…”

Şərhçi qərarın ikitərəfli praktiki əlaqələrin inkişafındakı rolinu vurğulayıb:

“Sözügedən qərar ikitərəfli əlaqələrdə əməkdaşlıq imkanlarını qoruyub saxlayır, təhlükəsizlik sahəsində dialoqu dəstəkləyir və Vaşinqtonla Bakı arasında praktiki əlaqələrin davam etməsi üçün siyasi zəmin yaradır. Bu qərar Azərbaycanın ABŞ ilə strateji və təhlükəsizlik istiqamətindəki əməkdaşlığına öz müsbət təsirini göstərəcək. Çünki qərar ABŞ prezidentinə Azərbaycanla bağlı məhdudiyyətlərdən yan keçmək səlahiyyəti verir, iki ölkə arasında hökumətlərarası təmasların və layihələrin davamına əlverişli şərait yaradır”.

“Birgə Addımlar Atılacaq…”

MCP rəsmisi Vaşinqtonun Cənubi Qafqaz strategiyasına və iki ölkənin müdafiə qurumları arasındakı tərəfdaşlığa diqqət çəkib:

“Bu addım Vaşinqtonun Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün hər iki tərəflə işləməyə hazır olduğunu göstərir. Qərar müdafiə və təhlükəsizlik qurumları arasında təlim, məşvərət və potensialın gücləndirilməsi proqramlarını dəstəkləyir. Eyni zamanda sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və dəniz təhlükəsizliyi istiqamətlərində birgə praktiki addımların atılmasına imkan tanıyır. Münasibətlərdəki mövcud gərginlikləri yumşaltmaqla yanaşı, ikitərəfli tərəfdaşlığı daha dayanıqlı edir”.

“Zəngəzur Dəhlizi

Ekspert bu diplomatik irəliləyişin regional nəqliyyat və kommunikasiya layihələrinə təsirini belə yekunlaşdırıb:

“Ümumiyyətlə, Bakı və Vaşinqton arasında bu kimi strateji məsələlərin müsbət həlli regional inteqrasiyaya, o cümlədən Zəngəzur dəhlizi istiqamətində görüləcək işlərə də öz əhəmiyyətli töhfəsini verəcəkdir”.

Bir cavab yazın

Back to top button