Xəbərlər

ABŞ sistemi dağıtmaq yox, ram etmək istəyir… – Politoloq

“Öz şəxsi təhlükəsizliyini təmin edə bilməyən qüvvələrin dövlətin və xalqın təhlükəsizliyini qoruması ciddi suallar doğurur. Ali rəhbərliyin bir hücumla sıradan çıxarılması sistemin çökdüyünü göstərir.”

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə İran ətrafında cərəyan edən son hadisələri və Vaşinqtonun Tehranla bağlı gizli planlarını təhlil edərkən deyib.

Ekspert bildirib ki, ABŞ-ın hədəfi heç də bəzilərinin düşündüyü kimi İranı tamamilə parçalamaq deyil.

Təhlükəsizlik iflici və raket diplomatiyası

Politoloq qeyd edibki, İran rəhbərliyinin bir sutkada məhv edilməsi ölkənin müdafiə sistemindəki nəhəng boşluqları üzə çıxardı:

“İsrail və ABŞ bazalarına raket zərbələri endirməklə uzunmüddətli hərbi davamlılıq təmin etmək mümkün deyil. Yeni liderin seçilməsi və komandan heyətinin yenilənməsi belə, onların gələcəkdə yenidən hədəf olmayacağına təminat vermir. Bu qədər zəif müdafiə şəraitində hərbi müvəffəqiyyətdən danışmaq çətindir.”

Trampın “Xamenei sonrası” planı

Şərhçinin fikrincə, Donald Tramp məhz Əli Xameneinin olmadığı bir meydanda daha sərbəst hərəkət edir və bu, təsadüfi deyil:

“Tramp Xameneidən sonrakı mərhələdə Tehranla danışıqlara hazır olduğunu bəyan edir. İranda mühafizəkar dairələrin prezident Məsud Pezeşkian üzərində qərarvermə səlahiyyətlərini genişləndirməsi ölkənin böhrandan çıxması üçün yeganə siyasi imkan ola bilər. Əgər Tehran bu danışıqlardan imtina edərsə, böhran daha da dərinləşəcək.”

Türkiyənin vasitəçiliyi və ABŞ-ın gizli marağı

MCP rəsmmisi vurğulayıb ki, Vaşinqton İranı tamamilə dağıtmaqda maraqlı deyil:

“ABŞ üçün Pəhləvi sülaləsi tipli hakimiyyət dəyişikliyi və ya genişmiqyaslı separatizm arzuolunan ssenari deyil. Vaşinqton sistemi qoruyaraq nəzarət olunan bir razılaşmaya nail olmaq istəyir. Bu prosesdə Türkiyə vasitəçi rolunda çıxış edərək Pezeşkianla Vaşinqton arasında dialoqun bərpasına çalışa bilər.”

Bir cavab yazın

Back to top button