Xəbərlər

ABŞ Rusiyanı parçalamaqdan niyə vaz keçdi? – Şərh

Dünya bölgüsündə rəqiblər və müttəfiqlər kimdir?
Azərbaycan və Türkiyə kiminlə bir cəbhədədir?

İkinci dünya müharibəsindən sonra formalaşan qlobal düzən artıq dayaqlarını itirib və yeni nizam formalaşır. Kapitalizm kimi, tanıdığımız Qərb dünyasına qarşı tənzimləyici qüvvə olaraq kommunist idealogiyası dəyərini Sovet İttifaqının dağılmasından sonra tamamilə itirdi.

Əslində də ikinci dünya müharibəsindən dərhal sonra, 1946-cı ildən Sovet İttifaqı Dalles proqramı üzrə dağıdılmağa başlanılmışdı. BMT-nin nüfuzunun düşməsi, xüsusən Çinin və az sonra Hindistanın güclü inkişafı yeni düzənin formalaşmasını sürətləndirib. Halbuki Rusiyada Putin hakimiyyətinə qədər dünyanın birqütblü olduğu düşünülürdü”.

Bunları Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, SSRİ-nin dağıdılmasından sonra, Rusiyanın özü içindən parçalanmalı idi:

“Ancaq, Qərb Rusiyanın parçalanmasını dayandırıb, zəiflədilməsi variantını işə saldı. Çünki, Qərb, xüsusən də ABŞ Rusiyanın parçalanmasından daha çox məhz Çinin udacağını anladı. Əlbəttə ki, Qərb Rusiyanın parçalanacağı təqdirdə Uzaq Şərqi, Sibiri Çinin öz tərkibinə qatmağı planlaşdırdığından xəbərdardır. Heç şübhəsiz Çin indiki halda belə artıq ABŞ üçün keçilməz rəqibdir, nəinki yeni ərazi və əldə edəcəyi tükənməz təbii ehtiyatlarla. Rusiyanın Çinlə müharibəsi isə ABŞ üçün ən sərfəli variantdır və çox güman ki, bu müharibə, toqquşma baş verəcək.vƏlbəttəki, Rusiyadaxili türk və müsəlman regionları da prosesdə nəzərə alınan faktordur.

Digər tərəfdən də idarə olunan parçalanma prosesinə zəmanət yoxdur. Uzun müddətli və geniş planda bütöv İran, Rusiya, Ukrayna, Çin, Hindistan, xətkeşlə cızılmış Afrika, Yaxın Şərq, slavyanlar, xüsusən də provaslavlar yoxdur, toxunulmaz deyil. İslamı artıq həmrəylik yoxdur. Müsəlmanlar arasında təriqətlərlə, məzhəbçiliklə düşmənçilik yaratdılar”.

V.Dadaşov qeyd edib ki, oturuşmuş ABŞ və Böyük Britaniya müttəfiqliyi də sona yetmək üzrədir:

“Böyük Britaniyanın Avropa İttifaqından çıxmağının da əsas səbəbi məhz yeni düzəmin formalaşdırılması idi. Nəqədər inandırıcı görünməsə də, Böyük Britaniya, Türkiyə, Azərbaycan, İsrail əsas müttəfiq, beyin və güc mərkəzində birləşir. Heç də təsadüfi deyil ki bu dövlətlər son dövrlərin qalibləri və proseslərdən qazanclı çıxan tərəflərdir. Bu qütbdə adladları deyilməyən daha çox dövlətlər var. İsrail ABŞ-a müttəfiq deyil, güclü lobbisi ilə maraqlarını yeridə bilir. İsrailin ABŞ-a verəcəyi yox, alacağı var və alır da”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu