ABŞ-nin yeni dünya nizamı: NATO və Avropasız – ŞƏRH

ABŞ prezidenti Tramp Danimarka krallığına məxsus olan Qrenlandiyanı işğal etməyi planlaşdırır. Bir NATO ölkəsi digər bir üzv ölkəyə məxsus ərazini işğal edərsə, bu qurumun fəaliyyəti formal xarakter daşıyır deməkdir. ABŞ prezidentinin bu siyasəti NATO nüfuzdan düşməsinə və rəqibləri qarşısında zəifləməsinə gətirib çıxara bilər.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Politoloq əlavə edib ki, həmçinin ABŞ və Avropa İttifaqı arasında siyasi böhran gətirib çıxarmaqla, Qərb Alyansının parçalanmasına yola açar:
“Bir sözlə, ABŞ Avropa İttifaqına məxsus olan ərazini güc yolu ilə öz ərazisinə daxil etməyi planlaşdırır. Bundan sonra, Avropa İttifaqı ABŞ-nin Təhlükəsizlik çətirindən imtina edəcək.
Göründüyü kimi, Rusiya dövlət başçısı Putin və Tramp eyni ortaq siyasi xəttə malik olaraq Avropa dövlətlərinin ərazilərini işğal edirlər”.
MCP rəsmisi istisna etmir ki, bverənlər Çin və Rusiyayaa yeni hərbi əməliyyatlar keçirmək üçün stimul verə bilər:
“Onsuzda Rusiya Ukraynaya hücum edəndə planlarından biri, Qərb Alyansı parçalamaq və NATO zəif düşürməkdir”.
“Qrenlandiya adası NATO mühafizə zolağındadır”, deyən şərhçi, “ABŞ burada öz geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə artıra bilər”, deyə əlavə edib:
“Amma, Qrenlandiya adasını güc yolu ilə Danimarkadan alacaqsa, beynəlxalq hüququn çöküşü və ABŞ-Avropa müttəfiqiliyinin sonu demək olacaq”.

Politoloq qeyd edib ki, Moskva baş verənlərdən məmnun qalacaq, lakin:
Artıq Rusiya keçmiş postsovet məkanı və Şərqi Avropanın öz nüfuz dairəsi kimi tanınanmasını siyasi gündəmə gətirir. ABŞ Qərb yarımkürəsini öz təsir zonası elan etdiyi kimi, Rusiya da keçmiş SSRİ ərazilərini öz təsir dairəsi kimi tanınmasına çalışacaq. Amma, Rusiya ABŞ deyil, Çin Rusiyanın bu siyasəti ilə razılaşmayacaq. Rusiyanın yeni dünya siyasi nizamında rolu olmayacaq”.
Əsədullazadə sonda bildirib ki, ABŞ beynəlxalq nizamı özü qurur və Qərb yarımkürəsini nizama saldıqdan sonra Rusiya və Çinin Avrasiyada təsirlərini zəiflətməyə çalışacaq.