Xəbərlər

ABŞ-nin Ukrayna ilə bağlı dəhşətli planına nə mane oldu? – Ekspert

Əslində, Rusiyanın təhrik edildiyi Ukraynaya təcavüzkar müharibəsinin qısa zamanda bitməsi planlaşdırıldı. Ukraynanın təslim olması ABŞ-nin əvvəlcədən planlaşdırılmış gözləntisi idi.

Rusiyanın Ukraynaya hücuma hazırlığı dövründə, ABŞ prezidenti Bayden Ukrayna prezidenti Zelenskiyə təslim olması, Ukraynadan qaçması üçün israr edirdi.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə Fransa prezidenti Makron da son anda Ukraynaya səfər edərək Zelenskidən təslim olmasını istəyib.

“Rusiya-Ukrayna müharibəsində Fransanın Ukraynaya hərbi yardımın niyə formal xarakter daşımasının səbəbi də budur. Fransa Rusiya-Ukrayna müharibəsinin ilk anlarından Avropanın təhlükəsizliyini təmin etmək üçün, NATO-dan kənar hərbi blokun yaradılmasına çalışması səbəbi də, ABŞ-nin Ukraynanı bölüşdürmək planından məlumatlı olmasırır. Artıq Avropa ölkələrinə bəllidir ki, ABŞ öz maraqları üçün müttəfiqlərini qurban verməyə hazırdır. Böyük Britaniyanın da Rusiya-Ukrayna müharibəsinə ABŞ-dən çox fərqli münasibətinin səbəbi Vaşinqtonun Ukrayna ilə bağlı dəhşətli planından narazı olmasıdır, – şərhçi deyib.

Ekspertə görə Ukrayna xalqınının, Zelenskinin Rusiyaya dirənişi ABŞ-nin Ukrayna ilə bağlı planlarını, gözləntilərini məhv etdi.

“ABŞ-nin Çinə qarşı iqtisadi və texnaloji rəqabətə davamlılıq üçün yeni və əlavə resurslara çox ciddi ehtiyacı var. Həmçinin həmin resursları ABŞ təmənnasız əldə etməlidir ki, Çinlə mübarizəsi daha əlverişli olsun.

Kiyev qısa zamanda təslim olsaydı, Ukrayna ABŞ və Rusiya arasında iki hissəyə bölünəcəkdi. ABŞ payına düşən Ukraynanın bütün resurslarını əldə edib, onu öz müstəmləkəsinə çevirəcəkdi. Tramın Zelenskininüzərinə getməsi, ondan müstəmləkə mahiyyətli təbii resurslarla bağlı müqavilə tələbi də, məhz ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə planlaşdırdığı nəticəni əldə etmək istəyidir. Ukrayna, Qrelandiya, Panama ABŞ-nin Çinlə mübarizəsi üçün vacib vasitədir.

Yəni, Tramp da ABŞ dövlət siyasətini, mahiyyət etibarı ilə Co Baydenin işini davam etdirir, ancaq fərqli yollarla”, – politoloq bildirib.

Şərhçi, Rusiyanı Ukraynayla savaşa ABŞ-nim təhrik etdiyini vurğulayıb.

“ABŞ Ukrayna vasitəsi ilə Rusiyanı müharibəyə təhrik etməklə Ukraynanın qısa zamanda məğlubiyyətini hesablamışdı. Zelenski isə öz siyasi iradəsi ilə Rusiyanın hərbi güc mifini məhv etdi, ABŞ-nin isə Ukraynanı asanlıqla “mənimsəməsinə” imkan vermədi. Belöliklə Zelenski Putin və Trampın şəxsi düşməninə çevrildi. Rusiya və ABŞ-ni Ukraynada fərqli hədəfli maraqları birləşdirir. ABŞ-dən gələn son məlumatlara görə, Ağ ev Ukrayna ilə istədiyi təbii ehtiyatlarla bağlı müqaviləni tez bir zamanda imzalamalıdır. Ancaq, ABŞ ilkin variantda tələb etdiyi müqaviləyə Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəanın da daxil ediləcəyi gözlənilir.

Müqavilənin imzalanmasının reallaşması ərəfəsində ABŞ elan etdi ki, Ukrayna-Rusiya arasında atəşkəsin, sülhün əldə edilməsi ilə bağlı danışıqlar nəticə verməsə, geri çəkiləcək. Qısası, ABŞ bu müharibədən qazancını götürür, Ukraynanın taleyi isə heç kimi maraqlandırmır. Ukrayna ABŞ-ın istədiyi müqaviləni imzalasa da, bir bir müddətdən sonra razılaşmadan imtina edəcək. Səbəb isə, Ukraynanın nəinki Rusiya, həm də ABŞ ilə bərabər səviyyədə danışa biləcək qədər dirçələcəyi şübhəsizdir”, – V.Dadaşov qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu