Xəbərlər

ABŞ-nin sülh təklifi Ukraynanın kapitulyasiya sənədidir… – Analitik

ABŞ-nin vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və tərəflər arasında atəşkəsin əldə olunması üçün təklif olunan sülh razılaşması mahiyyət etibarilə Ukraynanın kapitulyasiyasını rəsmiləşdirən sənəddir.

Bunu Sosdem.az-a ABŞ-nin vasitəçiliyi ilə müzakirə edilən sülh planını, Kiyevə tətbiq edilən siyasi-diplomatik təzyiqləri və Ukraynanın müqavimət imkanlarını dəyərləndirərkən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi analitik Vüqar Dadaşov deyib.

“Bu, sadəcə atəşkəs deyil…”

Ekspert qeyd edib ki, bu sənəd İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətini rəsmiləşdirən sənədlə müqayisə oluna biləcək şərtlər ehtiva edir:

“Ukraynadan Rusiyanın işğal etdiyi ərazilərə dair iddialarından geri çəkilməsi, gələcəkdə həmin əraziləri hərbi yolla geri qaytarmaq cəhdindən imtina etməsi, ordusuna məhdudiyyətlərin tətbiqi, hakimiyyət dəyişikliyinə gedilməsi və referendum keçirilməsi kimi tələblər irəli sürülürsə, bu, sadəcə atəşkəs deyil, məğlubiyyətin siyasi-hüquqi rəsmiləşdirilməsidir”.

“Kapitulyasiya Şərtlərinə İmza Atılmasa…”

Politoloq Tramp administrasiyasının tətbiq etdiyi təzyiqlərə qarşı durmağın əhəmiyyətini vurğulayıb:

“Donald Tramp administrasiyası tərəfindən Ukraynanın kapitulyasiyaya məcbur edilməsinə Ukrayna Trampın prezidentliyi dövründə müqavimət göstərərək belə bir məğlubiyyət sənədinə imza atmasa, qarşısında başqa perspektiv də qala bilər: ərazi bütövlüyünün bərpası, Rusiyanın hərbi-siyasi məğlubiyyəti və Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməllərə beynəlxalq hüquqi qiymətin verilməsi”.

“Ağ Evin Siyasi Təzyiqinə Dayanmaq Çətindir”

MCP rəsmisi Ukrayna rəhbərliyinin üzbəüz qaldığı psixoloji və diplomatik çətinliklərə diqqət çəkib:

“Tramp dövründə prezident Zelenskiyə ABŞ-ın siyasi-diplomatik, psixoloji kapitulyasiya təzyiqlərinə qarşı dayanmaq, Rusiyanın hərbi təcavüzü, işğalına müqavimət göstərməkdən daha çətindir. Bu gün Ukrayna üçün qələbə ən azı 2 il müddətinə belə razılaşmalara getməməkdən keçir”.

Bir cavab yazın

Back to top button