Xəbərlər

ABŞ-İranla müharibəsi: Qərb koalisiyası parçalanır – Şərh

ABŞ ilə Avropa İttifaqı arasında Hörmüz boğazında dəniz təhlükəsizliyinin təmin olunması məsələsində fikir ayrılığı münasibətləri yenidən böhran həddinə çatdırıb.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-a bildirib ki, Tramp Hörmüz boğazının açılması ilə bağlı NATO və Avropa İttifaqından kömək istəmişdi, lakin bu, ilk növbədə NATO prinsipləri ilə uyğun gəlmir:

“İlk növbədə NATO üzv ölkəsinə hücum olunmayıb ki, alyans bu prosesə qoşulsun. Almaniya kansleri də mövqeyini açıqlayıb. Həmçinin, Avropa İttifaqı daha çox Rusiya-Ukrayna müharibəsinə diqqət yetirir, ABŞ-ın İranla müharibəsinə deyil, çünki bu münaqişənin əsas iştirakçısı ABŞ-dir. Avropa İttifaqı hesab edir ki, ABŞ İranın öhdəsindən gələ bilər. Lakin ABŞ, Avropa İttifaqı və NATO-nun diqqətini Hörmüz boğazına yönəltsə, təbii ki, bu, Rusiyanın mövqeyini gücləndirə bilər”.

Ekspert hesab edir ki, məhz buna görə də Avropa İttifaqı ölkələri və NATO bu məsələdə kömək etmir.

Politoloqun fikrincə, beynəlxalq siyasi nizam yenidən formalaşır və Avropa İttifaqı ilə NATO arasında ABŞ-la fikir ayrılığı mövcud münasibətləri siyasi böhran səviyyəsinə çıxara bilər:

“Hazırkı ABŞ administrasiyası Avropa İttifaqına və NATO-ya bir çox məsələlərdə dəstək verməyə meylli deyil. ABŞ-ın İranla müharibəsi artıq beynəlxalq siyasi nizama ciddi təsir göstərir və demək olar ki, Qərb koalisiyası bu məsələdə parçalanır. Baş verən proseslər isə eyni zamanda İranın, Rusiyanın və Çinin maraqlarına xidmət edir. Bu səbəbdən ABŞ Prezidenti İrana müdaxilədə müəyyən təmkinlilik nümayiş etdirmiş oldu”.

Bir cavab yazın

Back to top button