Xəbərlər

ABŞ İran ətrafında halqanı daraldır… – Politoloq

ABŞ və İran arasında danışıqlar prosesi artıq kuliminasiya nöqtəsinə çatıb. İslamabadda nəzərdə tutulan üzbəüz görüş Tehranın manipulyasiyaları səbəbindən baş tutmasa da, Vaşinqtonun mövqeyi qətidir: Danışıqlar xatirinə danışıqlar dövrü bitib. Donald Tramp konkret saziş tələb edir və İranın real təklifi varsa, bunu birbaşa bildirməsini gözləyir...

Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Sosdem.az-a açıqlamasında ABŞ-İran münasibətlərindəki son gərginliyi və pərdəarxası məqamları şərh edərkən deyib.

Politoloq qeyd edib ki, İran rəhbərliyi hazırda hərbi zərbə ilə iqtisadi iflas arasında seçim etmək məcburiyyətindədir:

“İran XİN rəhbəri Abbas Araqçinin Rusiyaya səfəri və Çinlə aparılan məsləhətləşmələr Tehranın vaxt qazanmaq cəhdidir. Lakin ABŞ İran ətrafına yeni hərbi qüvvələr toplayır və prosesin uzanmasına imkan verməyəcək. Növbəti hərbi zərbə İranı dərin iqtisadi böhrana yuvarlayacaq. Hətta İran Milli Təhlükəsizlik Şurasının son iclasında iqtisadi durumun pisləşməsinin xalq etirazlarına səbəb olacağı ilə bağlı ciddi narahatlıqlar ifadə olunub. Hətta qatı mövqeyi ilə seçilən SEPAH rəhbərliyi də artıq vəziyyətin kritik olduğunu qəbul etmək məcburiyyətindədir.”

Ekspertin fikrincə, Donald Tramp bu məsələni yaxın aylarda həll etmək niyyətindədir:

“İran hazırda ABŞ-ın yeni hərbi əməliyyatlara başlamaması üçün bütün imkanlarını səfərbər edib və Vaşinqtonun təklifləri Tehranda ciddi müzakirə olunur. Donald Tramp ABŞ-ın Müstəqillik Gününə qədər İran üzərində tam siyasi qələbə əldə etməyi hədəfləyir. Mövcud təzyiqlər fonunda ABŞ və İran arasında müəyyən bir anlaşmanın əldə olunması artıq mümkün görünür.”

Bir cavab yazın

Back to top button