ABŞ-ın Azərbaycana qarşı siyasəti heç bir zamanda isti olmayıb – Vüqar Dadaşov
Son dövrlərdə ABŞ- Azərbaycan münasibətlərinin ABŞ tərəfindən məqsədli şəkildə gərginləşdirilməsi sözsüz ki, siyasi hədəflərə hesablanıb. Əvvəla qeyd edim ki, ABŞ-ın Azərbaycana qarşı siyasəti heç bir zamanda isti olmayıb hərçənd ki, ABŞ Rusiyaya qarşı və ümumiyyətlə Şərqə, Cənubi Qafqazla bağlı niyyətlərini həyata keçirmək üçün Azərbaycanla diplomatik və balanslaşdırılmış siyasət görüntüsü yaratmağa çalışıb.
ABŞ Senatın Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim-in ən azı bu ilin sentyabr ayından başladığı açıq anti Azərbaycan ritorikası təbii ki, həmin dövrdə ABŞ-ın daha yüksək şəxsləri ilə razılaşdırılmış prosesin daha sərt siyasi-diplomatik təzyiqlərə keçidinin əlamətləri idi. ABŞ-ın Azərbaycana qarşı təzyiqlərini tədricən daha da sərtləşdirməsi ABŞ gözlədiyi effekti vermədi. Xüsusən də Həmas- İsrail müharibəsindən sonra Azərbaycanın tərəflərə qarşı balanslı münasibətinin müəyyən mənada islam təəssübkeşliyi ağırlığı, ABŞ-ı Azərbaycana qarşı daha da qıcıqlandırdı.
Noyabr ayının əvvəlində mətbuata verdiyim açıqlamada qeyd etmişdim, “O ki, qaldı ABŞ-ın Azərbaycana qarşı siyasətinə, düşünürəm ki, ABŞ münasibətlərin daha da gərginləşməsinə getməyəcək. Cənubi Qafqazın aparıcı dövləti, Türkiyənin müttəfiqi, Avropanın enerji təhlükəsizliyinin vacib faktoru, İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Birliyinin üzvü, Qoşulma Hərəkatının lideri kimi və Rusiya – Azərbaycan münasibətlərinin perspektivləri ABŞ-ı Azərbaycana qarşı çox diqqətli olmağı şərtləndirir.”
Odur ki, ABŞ Azərbaycanla münasibətini normallaşdırmaq üçün addım atacağı gözlənilən idi. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi və bu məlumatı birinci olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımlamağı isə beynəlxalq siyasi-diplomatik nöqteyi nəzərdən vacib elementdir.
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan danışıqlarının Azərbaycan tərəfinin tələblərinin qəbul edilməsi ilə yekunlaşması, Azərbaycan dövlətinin nüfuzunun göstəricisidir. Azərbaycan dövləti sahib olduğu nüfuzunu iqtisadi, hərbi, siyasi-diplomatik çalışmaları ilə əldə edib. Artıq Azərbaycan dövləti nəinki regionun lideri, eyni zamanda da beynəlxalq arenada təsirli mövqeyi ilə sözü keçən və hesablaşmalı olan dövlətdir. ABŞ kimi dövlətin Azərbaycan maraqları ilə hesablaşması və ilk addım atması Azərbaycanın milli maraqlarının qəbulunun məcburi etirafıdır.
Dövlətin böyüklüyü, qüdrətli olması təkcə iqtisadi, hərbi gücü ilə bağlı deyil. Əlbəttə ki, olduqca ağır çəkiyə malik iqtisadi və hərbi güc imkanları asılı olmayan iqtisadi, suveren hərbi texniki potensiala bağlıdır. Azərbaycan hərbi-texniki sənayesini müstəqil şəkildə öz daxili potensialı hesabına gücləndirməsi, onun öz maraqlarını daha da israrla müdafiəsinə imkanı genişləndir.
Yeri gəlmişkən, Ermənistan və onun havadarları tərəfindən işğsl etdiyi ərazilərimizi möhtəşəm qələbəmizlə azad etdikdən sonra, ərazİlərimizin minadan təmizlənməsi ən cavib hədəf olaraq qarşımızdadı. Ərazilərimizin minanadan təmizləməsini isə Azərbaycan ümumən təkbaşına və öz imkanları hesabına aparır. Dövlətimiz nəinki iqtisadi, hərbi-texniki baxımdan da təhlükəsizliyini müstəqil şəkildə təmin etməklə, asılı olmayan imkanları ilə süverenliyini möhkəmləndir, qüdrətini artırır.
Azərbaycan dövlətin tələblərinin özünü dünya hegemonu hesab edən ABŞ tərəfindən qəbul edilməsi siyasi-diplomatik uğur kimi, ölkənin iqtisadi, hərbi təhlükəsizliyinə, elmi texniki inkişafa əsaslanan hərbi sənayeyə və sair xarici asılılığı aradan qaldıran imkanlara söykənən nəticədir.