ABŞ Azərbaycanla əməkdaşlığa məcburdur, çünkü… – POLİTOLOQ
ABŞ-də 60 konqresmenin Dövlət Katibi Blinkenə Azərbaycana qarşı siyasi təzyiqlərə başlamaq çağırışı etməsi iki ölkə arasında əlaqələrə zərbə vurur.
Bunu Milli Cəbhə Partiyasınıb başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirirsə, sülh prosesini pozacaq Amerika Erməni Assambleyasının təlimatı ilə hərəkət edən konqresmenlərin müraciətlərinə mənfi cavab verməlidir:
“ABŞ-nin Azərbaycan siyasəti erməni lobbisinin təsiri ilə qurulursa, bu, Vaşinqtonun region siyasətinə mənfi təsir edəcək. Təssüf ki, bir çox illər Vaşinqtonun Azərbaycanla bağlı siyasəti erməni lobbisinin təsiri ilə formalaşıb.
İndi ABŞ yeni dünya nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini məhz Azərbaycanla sıx əməkdaşlıq əsasında davam etdirməyi planlaşdırır. Belə olan təqdirdə Azərbaycana qarşı sanksiya çağırışı absurddur. ABŞ rəsmi Bakıyla əlaqələrə seçkilərdən sonra yenidən baxmalı olacaq, bu, zərurətdir.
Azərbaycan Cənubi Qafqazın əsas açar ölkəsidir və Bakı ilə əlaqələrdə Vaşinqton korrektlər etməyə məcbur olacaq”.
Politoloq sonda, “Azərbaycan nə Gürcüstan, nə Ermənistandır. Azərbaycanın daim öz müstəqil siyasi gündəmi olub”, deyə vurğulayıb.