Xəbərlər

Deputat nazirə müraciət etdi – Vətəndaşın problemi həll edildi

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev vətəndaşın problemi əsasında nazirə müraciət edib və problem qısa zamanda həllini tapıb.

Bu barədə Sosdem.az-a deputatın köməkçisi, Milli Cəbhə Partiyasının başqan müavini Ehtiram Mehtiyev məlumat verib.

“Vətəndaş Çıraqov Rasif Rasim oğlunu qəbul edərək onun müraciətini dinləmişdik. Rasif bəy müraciətində bildirmişdi ki, xaricdə təcili əməliyyat olunmalıdır, lakin ölkədən çıxışına məhdudiyyət (stop) qoyulduğuna görə səfər edə bilmir.

Deputat Razi Nurullayev dərhal vətəndaşın müraciəti ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verdi və qısa zamanda problem həllini tapdı,” – deputat köməkçisi deyib.

Başqan müavini qeyd edib ki, DİN vətəndaşların müraciətlərinə maksimum həssaslıqla yanaşır, onların çətinliklərinin aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edirlər.

“Xüsusilə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Vilayət Eyvazova göstərdikləri operativlik, məsuliyyət və vətəndaş qayğısına görə dərin minnətdarlığımızı bildiririk. Nazirliyin bu nümunəvi addımı bir daha sübut etdi ki, hər bir vətəndaş Azərbaycan polisinin ədalətinə, vicdanına və insani münasibətinə güvənə bilər,” – E.Mehtiyev əlavə edib.

Bir cavab yazın

Back to top button