Xəbərlər
28 May – Müstəqillik Günü

Bu gün Azərbaycan xalqı 28 May – Müstəqillik Gününü qeyd edir.
1918-ci il mayın 28-də xalqımızın milli ruhlu, təfəkkürlü övladları çox ağır şəraitdə Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bu, Şərqdə ilk demokratik respublika idi.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə atılan addımlar müstəqil dövlətçiliyimizin əsaslarının qoyulması və perespektivinin müəyyənləşdirilməsi baxımından önəmli əhəmiyyət kəsb etdi.
Milli Cəbhə Partiyası Azərbaycan xalqını Müstəqillik Günü münasibətiylə təbrik edir.
Müstəqilliyimiz əbədidir!