Proqram
MCP-nin Siyasi-İdeoloji Sistemi və Proqramı
(2-Cİ REDAKSİYADA)
Müstəqil Azərbaycan Respublikası Azərbaycan xalqının tarixi mübarizəsinin şah əsəridir. XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq “ prinsipləri əsasında qurulan ideoloji sistemi əsrin sonunda Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə “ şüarı və Heydər Əliyevin “Azərbaycançılıq” ideoloji məfkurəsi ilə tamamlandı. Milli Cəbhə Partiyası (bundan sonra MCP) – AXC-nin tarixi-siyasi vizyonunu davam etdirmək yolunu tutan sosial-demokratik ideoloji xəttə malik siyasi partiyadır.
MÜSTƏQİL AZƏRBAYCAN VƏ YENİ TARİXİ VƏZİFƏLƏR
Azərbaycan xalqının 30 milyonluq bir kəsimi hazırkı İran İslam Respublikasının ərazisində yaşayır. «Gülüstan» və «Türkmənçay» müqavilələri nəticəsində Azərbaycan xalqı ikiyə bölünmüşdür. İkiyə bölünmüş xalq Sovetlər Birliyiin 70 illik hakimiyyəti zamanı heç bir əlaqəyə malik olmayıb. 1988-ci ildən başlayaraq Sovetlər Birliyinin çökməsinə təkan verən Azərbaycan Milli Azadlıq Hərəkatı SSRİ-nin dağılmasında həlledici rol oynadı. Indi
xalqlar arasında gediş-gəliş olsa da, İran İslam Respublikasında yaşayan soydaşlarımızın mədəni hüquqları təmin edilməyib. Iranda yaşayan soydaşlarımız öz dillərində təhsil almaq hüququndan məhrum edilib. Milli Cəbhə Partiyası İİR-da yaşayan soydaşlarımızın mədəni hüquqları və müqəddəratları üçün apardıqları mübarizəni dəstəkləyir.
QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ
2020-ci ildə 44 günlük 2-ci Qarabağ savaşı ilə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızı azad etdik. 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bir günlük lokal tipli antiterror tədbiri nəticəsində Qarabağdakı separatçılar təslim oldu və Azərbaycan tam suverenliyini bərpa etdi.
İyirminci yüzillik ərzində azərbaycanlılar indiki Ermənistanın ərazisindən bir neçə dəfə deportasiya olunub. Milli Cəbhə Partiyası deportasiya və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların yurdlarına qayıtması üçün 1989-cu ildə “Azərbaycan Qaçqınlar
Cəmiyyəti” kimi təsis edilmiş, 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış təşkilatın missiyasını dəstəkləyir. Vətənlərindən və torpaqlarından qovulmuş azərbaycnalıların dinc vasitələrlə indiki Ermənistanınn ərazisində yerləşən Zəngəzur və digər bölgələrə qayıtması üçün Qərbi Azərbaycan İcmasına dəstək verir.
DÖVLƏT İDARƏÇİLİYİ
Dövlət idarəçiliyində əsas subyektlərə daxil olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşır, demokratik idarəetmə siyasi, ictimai, iqtisadi və sosial həyatın bütün sahələrində tətbiq olunur.
Milli Cəbhə Partiyası sosial-demokratiya ideoloji-siyasi xəttini əsas tutaraq, ölkədə qanunçuluğun qorunması, vətəndaşların sosial haqlarının müdafiəsini özünün əsas prioriteti hesab edir. İctimai sabitlik, sosial ədalət, vətəndaşların hüquq və maraqlarının əsas tənzimləyicisi kimi vəzifələr bizim əsas proqram məqsdələrimizdir. Dövlətin möhkəmliyi, ictimai münasibətlərin qarşılıqlı formada təminatı, ölkə daxili və xaricində dövlətin
maraqlarının müdafiəsi zəruridir.
Beynəlxalq hüquq və normalara uyğun olaraq, vətəndaşların sosial-siyasi və iqtisadi hüquqlarının qorunmasının təminatına dəstək və vətəndaşların siyasi hüquqlarının, seçmə və fəaliyyət azadlıqlarının, o cümlədən mülkiyyət hüquqlarının qorunmasına dair hüquqi-normativ aktların müdaifəsi və tətbiqinin müdafiə edilməsi əsasdır.
Dövlət idarəçiliyində qanunçuluğun, asayişin, sosial ədalətin və vətəndaşların hüquq və maraqlarının əsas tənzimləyicisi, fəaliyyətinin səmərəliliyini təmin etmək üçün beynəlxalq standartlara cavab verən hüquqi aktların, normativ sənədlərin və bacarıqlı kadr potensialının formalaşdırılması vacib və əsas istiqamətlərdən biridir.
SOSİAL-İQTİSADİ SAHƏ
Dövlət müstəqilliyinin qorunması, demokratik hüquqi cəmiyyətin möhkəmlənməsi üçün sosial-iqtisadi inkişafın davamlı və yüksək iqtisadi artım müasir dövrün əsas təməl prinsiplərindən biridir. Xarici və daxili təsirlərə davamlı iqtisadiyyat, dinamaik, inklüziv
inkşafdan vətəndaşlarımızın bəhrələnməsi, sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırılması dövlət idarəetməsinin sosial-iqtisadi inkişafının əsas prioritetlərini təşkil etməlidir.
Milli Cəbhə Partiyası hesab edir ki, yüksək və ədalətli sosial təminat, vətəndaşın sağlam həyat tərzi, rəqabətli inkişaf sosial-iqtisadi sahədə inkişafımıza daha da təkan verəcək və regionların və paytaxtın tarazlı inkişafı ilə cəmiyyətdə ümumi balansa və urbanuzasiyanın dayandırılmasına nail olmaq mümkündür. Bütün bunlar eyni zamanda əhalinin təminatı və sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır.
XXI əsrin tələblərinə yeni inkişaf strategiyası zərurəti formalaşır. İqtisadi artımın davamlı inkişafı, dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması çox vacibdir. Yeni iqtisadi innovasiyaların tətbiqi və stretji hədəəflərin müəyyənləşdirilməsi yolu ilə bu yüksəlişə nail olmaq mümkündür.
Milli Cəbhə Partiyası olaraq hesab edirik ki, SOSİAL-İQTİSADİ SAHƏ də əsas inkişaf strategiyasının qurulması üçün islahatlar və tədbirlər paketi hazırlanmalı və dövrün tələblərinə uyğun təkmilləşdirilməli və tətbiq olunmamııdır. Bunun üçün ilk növbədə azad bazar iqtisadiyyatı modelinin inkişaf etdirilməsinə, ədalətli rəqabət mühitinin yaradılmasına, sığortalanmış bazar iqtisadiyyatı mexanizminin həyata keçirilməsinə nail olunmasılıdır.
SOSİAL MÜDAİFƏ VƏ SOSİAL ƏDALƏT
Milli Cəbhə Partiyası sosial ədalət və insan amili prinsipindən çıxış edir və Azərbaycan dövlətinin də bu social dövlət prinsiplərini dəstəkləyir. Sosial dövlət prinsipi əhalinin social müdafiəsi, sağlamlığı, təminatı baxımından mühümdür və bu prinsiplərin qorunması insan faktoruna diqqətin arıtırlmasıdır.
Hesab edirik ki, ən böyük capital insan kapitalıdır və bu kapitalın social müdafiəsi, xüsusilə ədalətli şəkildə olmalıdır və bunu həyata keçirmək üçün dövlətin sosialyönümlü siyasətinin dəstəklənməsi və vətəndaşların social müdafiə imkanına malik olması xüsusi önəm daşıyır.
Milli Cəbhə Partiyası ilk gündən uşaqlara, ahıllara, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, şəhidlərin ailə üzvlərinə və müharibə veteranlarına diqqət və qayğı göstərilməsini vacib hesab edir. Xüsusən uşaq pulu verilməsi bizim üçün prioritetdir və bunu social ədalətin
tərkib hissəsi hesab edirik.
Dövlətin vətəndaş qarşısında məsuliyyətlərindən biri uşaqların daha yaxşı təminatıdır. Ona görə də uşaq pulu verilməsi ilə bağlı dövlət proqramının qəbul edilməsi MCP-nin əsas fəaliyyət sahələrindən biri olmaqda davam edir.
Sosial dövlətin əsas vəzifəsi social ədalətin güvəncli olmasıdır. Bizim ali məqsədimiz əhalinin ərzaq əlçatanlığının təmin olunması, məşğulluq proqramlarının artırılması və peşə hazırlığı üzrə insan kapitalı formalaşdırmaqdır.
Sosial ədalət və social müdafiə sisteminin qorunması üçün ölkə vətəndaşlarının işsizlik və təqaüd yaşlarının da nəzərə alınması vacibdir. Təqaüd yaşlı şəxslərin təminatı, o cümlədən işsizliyə görə verilən müavinətlərin məbləği insanların ehtiyaclarını ödəməlidir. Milli Cəbhə Partiyasının social müdafiə və social ədalət prinsiplərində diqqət yetirdiyi digər sahələr isə analıq üzrə müavinətlərin məbləğə və ödənilməsidir.
İcbari Tibbi Sığortaya əlçatanlıq tam şəkildə asanlaşdırılmalı, dərman təminatı xidmətlər
paketinə daxil edilməlidir.
XARİCİ SİYASƏT PRİNSİPLƏRİ
Azərbaycan dünyəvi dövlətdir və bütün ölkələrlə bərabər və suveren prinsiplərlə əməkdaşlıq edirik. Biz Azərbaycanın inkişafını milli dəyərlərinə xələl gəlmədən Avropaya inteqrasiyada görürük. Amma, Azərbaycan üçün inkişaf, əhalisinin daha xoşbəxt yaşaması, sərhədlərinin toxunuzlmazlığı, ərazi bötüvlüyünün qorunması üçün Avropaya inteqrasiya o
zaman məqbuldur ki, onlar Azərbaycana qarşı münasibətlərini başqa ölkələrə münasibətdə
dini və mənəvi yaxınlıqlarını əsas kimi götürərək ayrı-seçkiliyə yol verməsinlər.
Milli Cəbhə Partiyası üçün Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və digər beynəlxaq qurumlarla səmərəli əməkdaşlığın qurulması da əsas prioritet təşkil edir. Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış
normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etməkdir.
Xarici siyasətimizin əsas prinsipləri qarşılıqlı liberal iqtisadi əlaqələrin qurulması, idxal-ixrac əməliyyatlarının genişlənməsi, rentabelli ticarət əlaqələrinin qurulmasıdır.
Azərbaycan dövləti qonşuları və digər ölkələrlə əlaqələri qarşılıqlı hörmət və özünün dövlət maraqları əsasında qurur. Bizim üçün əsas dövlətimizin milli və geosiyasi maraqlarıdır.
Azərbaycan Qoşulmama Hərəkatının əsas dövlətlərindən biridir. MCP bunu alqışlayır
və hesab edirik ki, bu kurs davam etməli, bloklara qoşulmayan ölkə olaraq, dövlət təhlükəsziliyimizin ana xətti bu istiqamətdə davam etməlidir.
Azərbaycan dövləti regionda və dünyada gərginliklərin, müharibə ocaqlarının olmasını istəmir. Dövlətimizin imkanlarından istifadə edərək beynəlxalq sistemdə sabitlik və müharibə ocaqlarının olmaması üçün Qoşulmama Hərəkatının fəaliyyətinin genişləndirilməsi
vacibdir.
Mənsub olduğumuz Cənubi Qafqaz regionunda isə gərginlik və münqaişələrin tezliklə bitməsini vacib hesab edir, sülh və əməkdaşlıq üçün çalışırıq.