Nizamnamə
Milli Cəbhə Partiyasının Nizamnaməsi
(2-CI REDAKSİYADA)
- ÜMUMİ MÜDDƏALAR
1.1. Milli Cəhhə Partiyası (bundan sonra – Partiya) Azərbaycan
Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların
siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədi ilə irqi, etnik, dini, dil,
cinsi, mənşə, əqidə və sosial mənsubiyyətindən asılı olmayaraq, onları ümumi siyasi
ideya və məqsəd ətrafında birləşdirən, ölkənin siyasi həyatında iştirak edən
qeyri-kommersiya hüquqi şəxsidir.
1.2. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi
partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi
aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq,
qanunçuluq və aşkarlıq Partiyanın fəaliyyət prinsipləridir.
1.4. Partiya 31.08.2020-ci il tarixdə 1120-P1-0060 nömrə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
1.5. Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı,
Azərbaycan Respublikasının banklarında hesablaşma və digər hesabları və
rekvizitləri vardır.
1.6. Partiyanın qısaldılmış adı – MCP.
1.7. Partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı): Bakı şəhəri,
Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, ev 1b, mənzil 71.
- PARTİYANIN MƏQSƏDİ
2.1. Partiyanın məqsədi sosial-demokratiya ideoloji xətti üzrə Azərbaycanda
milli dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşmasında iştirakçılıq, dövlətin
ərazi bütövlüyü, suverenliyi, milli və dünyəvi dəyərlərin qorunması prinsiplərinə
sadiqlikdir.
2.2. Partiya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla
dəyişdirilməsini, ərazi bütövlüyünün parçalanmasını, hakimiyyətin zorla ələ
keçirilməsini və ya saxlanılmasını, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar
edilməsini, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi,
dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf
mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğini, irqi, dini və ya etnik
düşmənçiliyin salınmasını məqsədəçatma üsulu kimi pisləyir.
- PARTİYANIN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
3.1. Partiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.1.1. ölkənin siyasi həyatında iştirak edir;
3.1.2. vətəndaşların siyasi iradəsinin ifadə olunmasında, həmçinin ictimai
rəyin formalaşdırılmasında iştirak edir;
3.1.3. vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
3.1.4. ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
3.1.5. üzvlərinin siyasi fəallığına dəstək verir;
3.1.6. üzvlərinin siyasi iradəsini ifadə edir;
3.1.7. seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun)
keçirilməsində iştirak edir;
3.1.8. müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə
Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir
göstərir. - PARTİYANIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı hüquqları var:
4.1.1. məqsədləri və fəaliyyəti barədə informasiyanı sərbəst yaymaq;
4.1.2. ideyalarını, məqsədlərini və proqramını təbliğ etmək;
4.1.3. digər siyasi partiyalarla fəaliyyətin əlaqələndirilməsi, habelə ümumi
mənafelərin təmsil və müdafiə edilməsi məqsədilə könüllülük əsasında birləşib
ittifaqlar və siyasi bloklar yaratmaq;
4.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan
Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq
səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan
Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
4.1.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı iclaslar, görüşlər
konfranslar və müşavirələr keçirmək;
4.1.6. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirmək;
4.1.7. hüquqlarının və qanuni mənafelərinin pozulması ilə bağlı inzibati və
məhkəmə qaydasında şikayət vermək, Partiya üzvünün razılığı ilə onun Partiya
üzvlüyü ilə bağlı hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün
də şikayət vermək;
4.1.8. bu Nizamnamədə və Partiyanın proqramında qeyd olunmuş
məqsədlərlə (hədəflərlə) razı olmayan şəxsin üzvlüyə qəbulundan imtina etmək;
4.1.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı təşəbbüslə çıxış etmək, o
cümlədən dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına
müvafiq təkliflər vermək;
4.1.10. hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək,
həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları tərəfindən
hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, hüquqi aktlarda
dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv
edilməsi ilə bağlı məsələ qaldırmaq;
4.1.11. “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq);
4.1.12. sahibkarlıq fəaliyyəti (ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat
materialların hazırlanması və satışı, həmçinin çap mediasını təsis etmək (çap
mediasının iştirakçısı olmaq) məqsədləri üçün təsərrüfat cəmiyyətləri yaratmaq və
ya onlarda iştirak etmək) ilə məşğul olmaq;
4.1.13. beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq (digər ölkələrin siyasi
partiyaları ilə əməkdaşlıq etmək, sazişlər bağlamaq, siyasi partiyaların beynəlxalq
ittifaqlarına üzv olmaq);
4.1.14. Azərbaycan Respublikasının vətəndaşlarından ianələr qəbul etmək;
4.1.15. qısaldılmış ada, həmçinin emblemə, bayrağa və s. rəmzlərə malik
olmaq;
4.1.16. konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər keçirmək;
4.1.17. Azərbaycan Respublikasının Dövlət Bayrağını keçirdiyi tədbirlər
zamanı qaldırmaq (asmaq) və ya yerləşdirmək;
4.1.18. bu Nizamnaməyə və Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına uyğun olaraq digər hüquqları həyata keçirmək.
4.2. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri var:
4.2.1. öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, digər normativ hüquqi aktlarına və bu Nizamnaməyə riayət etmək;
4.2.2. üzvlərinin reyestrini aparmaq;
4.2.3. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan
Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirakla bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;
4.2.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq mühasibat uçotunu aparmaq, maliyyə hesabatını tərtib etmək,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada maliyyə fəaliyyətinə dair əlavə məlumat
və sənədləri aidiyyəti üzrə təqdim etmək;
4.2.5. fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək;
4.2.6. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının,
vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə
müdaxilə etməmək;
4.2.7. digər siyasi partiyanın öz siyasi ideyalarını və baxışlarını azad və
sərbəst yaymaq hüququna hörmət bəsləmək;
4.2.8. keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan
Respublikasının Dövlət Bayrağını qaldırarkən və ya asarkən Azərbaycan
Respublikası Dövlət Himninin ifa edilməsini təmin etmək;
4.2.9. bu Nizamnaməyə və Azərbaycan Respublikasının normativ hüquqi
aktlarına uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
4.3. Bu Nizamnamənin 4.1.12-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla,
partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz.
- PARTİYADA ÜZVLÜK MƏSƏLƏLƏRİ
5.1. Bu Nizamnaməni qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli
Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunla qadağan
edilən digər şəxslər Partiyanın üzvü ola bilməz. Partiyaya üzvlük və üzvlüyü tərk
etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz. Partiyanın
üzvü Partiyanın yalnız bir yerli təşkilatında (olduğu halda) qeydiyyatda ola bilər.
5.2. Partiya üzvlüyünə qəbul həmin şəxsin yerli təşkilatlarının daimi fəaliyyət
göstərən orqanlarına yazılı müraciəti əsasında həyata keçirilir. Üzvlüyə qəbul edilmə
haqqında qərar Partiyanın yerli təşkilatlarının sədrləri tərəfindən qəbul edilir. Partiya
üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.
5.3. Üzvlük haqqının miqdarı və ödənilməsi qaydası partiyanın İdarə Heyəti
tərəfindən müəyyən edilir.
5.4. Partiya üzvünün aşağıdakı hüquqları var:
5.4.1. bu Nizamnamədə müəyyən edilmiş qaydada Partiya orqanlarının və
struktur qurumlarının təşkilində iştirak etmək, həmçinin onlara seçilmək (təyin
edilmək);
5.4.2. Partiyanın orqanlarına və struktur qurumlarına sorğu, təklif, ərizə və
şikayət ilə müraciət etmək və öz müraciətinə dair mahiyyəti üzrə cavab almaq,
həmçinin onların fəaliyyəti haqqında məlumat almaq;
5.4.3. Partiya orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o
cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək;
5.4.4. öz iradəsini sərbəst formada ifadə etmək;
5.4.5. Partiyanın üzvlüyündən çıxmaq;
5.4.6. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və bu
Nizamnaməyə uyğun olaraq digər hüquqları həyata keçirmək.
5.5. Partiya üzvünün aşağıdakı vəzifələri var:
5.5.1. bu Nizamnamə və Partiyanın proqramı ilə tanış olmaq;
5.5.2. bu Nizamnamə və Partiyanın proqramında göstərilmiş tələblərə əməl
etmək;
5.5.3. Partiya orqanlarının və struktur qurumlarının qanuni qərarlarını yerinə
yetirmək;
5.5.4. Partiyanın fəaliyyətində iştirak etmək;
5.5.5. üzvlük haqqını ödəmək;
5.5.6. Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol
verməmək;
5.5.7. Partiya tərəfindən aparılan üzvlərin reyestrində özünə aid olan
məlumatlarda baş vermiş dəyişikliklər barədə Partiyaya məlumat vermək;
5.5.8. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və bu
Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
5.6. Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
5.6.1. şəxs öz ərizəsinə əsasən Partiyanın üzvlüyündən çıxdıqda;
5.6.2. şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;
5.6.3. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;
5.6.4. şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət
qabiliyyəti olmayan hesab edildikdə;
5.6.5. şəxs Partiyadan xaric olunduqda.
5.7. Partiya üzvü intizam tənbehi qaydasında Partiyadan İdarə Heyətinin
üzvlərinin səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə qəbul edilmiş qərarı ilə
xaric oluna bilər. Partiyadan xaric olunma haqqında qərardan bir ay ərzində Nəzarət
Təftiş Komissiyasına şikayət verilə bilər və həmin məsələyə həmin komissiyada 20
gün ərzində baxılır.
5.8. Partiyadan xaric olunma üçün aşağıdakılar əsas sayılır:
5.8.1. bu Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna
mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək;
5.8.2. uzun müddət ərzində (bir ildən az olmayaraq) Partiyanın işində iştirak
etməmək;
5.8.3. digər partiyaya üzv olmaq.
5.9. bu Nizamnamənin tələblərini pozan və ya Partiyanın nüfuzuna zərər vuran
Partiya üzvünə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
5.9.1. xəbərdarlıq;
5.9.2. töhmət;
5.9.3. Partiyada tutduğu seçkili vəzifədən azad etmək;
5.9.4. Partiyadan xaric etmək.
5.10. İntizam tənbeh tədbirləri yerli təşkilatların təqdimatı əsasında İdarə
Heyətinin qərarı (sadə səs çoxluğu) ilə qəbul edilir.
5.11. İdarə Heyəti tərəfindən üzvlükdən xaricedilmə haqqında qərarın verilməsi
və ya üzvlükdən çıxarmağa dair ərizənin verilməsi üzvlükdən çıxma faktını Partiya
tərəfindən qeydə almaq üçün əsasdır.
5.12. Partiya ilə üzvləri arasında yaranan mübahisələr bu Nizamnamədə
nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Partiyanın üzvü Partiya
orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya
hərəkətsizliyindən şikayət edə bilər.
5.13. Yenidən təşkil olunan, ləğv edilən yerli təşkilatların üzvlərinin daha yaxın
inzibati ərazi vahidlərində olan digər yerli təşkilatlara köçürülməsi məsələsi İdarə
Heyətinin sadə səs çoxluğu ilə qəbul edilmiş qərarı əsasında həll edilir.
5.14. Partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix,
qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və
əlaqə telefon nömrəsi göstərilməklə) aparır.
- PARTİYANIN ORQANLARI VƏ STRUKTUR QURUMLARI
6.1. Partiyanın Qurultayı, Sədri, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası onun
orqanlarıdır.
6.2. Partiyanın strukturuna onun müvafiq istiqamətlər üzrə məşvərətçi qurumları
(gənclər və s. təşkilatlar), Partiyanın qərargahında cari işlərlə məşğul olmaq
məqsədilə ayrıca bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar daxildir.
- QURULTAY
7.1. Qurultay Partiyanın ali idarəetmə orqanıdır. Qurultay Partiyanın İdarə
Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın
növbədənkənar Qurultayı İdarə Heyətinin qərarı, səlahiyyətlərinə aid olan məsələlər
çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin
İdarə Heyətinə edilmiş müraciəti əsasında da çağırılır.
7.2. Qurultay nümayəndələri İdarə Heyəti tərəfindən müəyyən olunmuş
təmsilçilik normasına uyğun olaraq seçilirlər.
7.3. Qurultay nümayəndələrin ən azı 2/3-i iştirak etdikdə səlahiyyətli sayılır.
Qurultayın qərarları bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla,
Qurultay nümayəndələrinin sadə səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə
qəbul edilir. Səsvermə forması Qurultay tərəfindən müəyyən edilir.
7.4. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:
7.4.1. dövlət qeydiyyatına alındıqdan sonra bu Nizamnamədə dəyişikliklərin
edilməsi, həmçinin yeni nizamnamənin qəbul edilməsi;
7.4.2. İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının say tərkibinin
müəyyənləşdirilməsi, üzvlərinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;
7.4.3. Sədrin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi;
7.4.4. İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının və Sədrin hesabatlarının
dinlənilməsi;
7.4.5. Partiyanın fəaliyyətinin dayandırılması, yenidən təşkili və ləğvi haqqında
qərarın qəbul edilməsi.
7.5. Bu Nizamnamənin 7.4.2-7.4.4-cü yarımbəndlərində göstərilən məsələlərə
dair qərarlar sadə səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə, 7.4.1-ci və 7.4.5-
ci yarımbəndlərdə nəzərdə tutulmuş məsələlərə dair qərarlar isə 2/3 səs çoxluğu
(açıq və ya gizli səsvermə yolu) ilə qəbul edilir.
- İdarə Heyəti
8.1. İdarə Heyəti Partiyaya qurultayarası dövrdə ümumi rəhbərliyi həyata
keçirir. Qurultay İdarə Heyətinin say tərkibini müəyyənləşdirir, üzvlərini seçir və
səlahiyyətlərinə xitam verir. İdarə Heyəti Qurultay tərəfindən 5 illik müddətə seçilir.
8.2. İdarə Heyəti:
8.2.1. qurultayarası dövrdə Partiyaya ümumi rəhbərliyi həyata keçirir;
8.2.2. növbəti və növbədənkənar qurultay çağırır;
8.2.3. fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;
8.2.4. digər siyasi partiyalarla ittifaq və siyasi blok yaradılması barədə qərar
qəbul edir;
8.2.5. Partiyanın çap mediasının təsis edilməsi və ya onda iştirakı barədə
qərar qəbul edir;
8.2.6. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində
partiyanın əmlakının və vəsaitlərinin idarə edilməsi üzrə qərarlar qəbul edir.
8.3. Bir qayda olaraq İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq
çağırılır. İdarə Heyəti növbədənkənar iclasları Partiya sədrinin qərarı və ya İdarə
Heyətinin üzvlərinin azı 1/3 hissəsinin müraciəti ilə keçirilə bilər.
8.4. İdarə Heyətinin üzvlərinin yarısından çoxunun iştirak etdiyi iclaslar
səlahiyyətli sayılır. Qərarlar sadə səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə
qəbul edilir.
- Sədr
9.1. Sədr Partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ali seçkili
vəzifəli şəxsi sayılır. Qurultay Sədri seçir və səlahiyyətlərinə xitam verir. Sədrin
səlahiyyət müddəti 5 (beş) ildir. Səlahiyyət müddəti bitdikdə Sədr Qurultay tərəfindən
yenidən seçilə bilər.
9.2. Sədr:
9.2.1. Partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, etibarnaməsiz
partiyanın adından hərəkət edir;
9.2.2. Partiyanı təmsil edir;
9.2.3. fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;
9.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq
etibarnamələr verir, Partiya adından əlaqələr qurur, bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətləri çərçivəsində Partiyanın əmlakı və vəsaitləri üzərində
sərəncam verir;
9.2.5. Partiyanın İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının
növbədənkənar iclaslarını çağırır;
9.2.6. özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və
49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə
aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz
maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən
edilmiş qaydada Partiyanın nəzarət orqanına təqdim edir.
9.3. Sədr Partiyanın mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla,
peşəkar qaydada və məntiqlə hərəkət etmək, Partiyanın və onun bütün üzvlərinin
maraqlarına sadiq olmaq və Partiyanın maraqlarını öz maraqlarından üstün tutmaq,
ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa
borcludur. Sədr, bu vəzifələrin Partiyanın maraqlarına uyğun olaraq yerinə yetirilməsi
üçün məsuliyyət daşıyır.
9.4. Partiyanın sədri Başqan adlanır.
- Nəzarət Təftiş Komissiyası
10.1. Nəzarət-Təftiş Komissiyası Partiyanın nəzarət-təftiş kollegial orqanıdır.
Qurultay Nəzarət-Təftiş Komissiyasının say tərkibini müəyyənləşdirir, üzvlərini seçir
və səlahiyyətlərinə xitam verir. Partiyanın nəzarət-təftiş kollegial orqanı Qurultay
tərəfindən 5 (beş) illik müddətə seçilir.
10.2. Nəzarət-Təftiş Komissiyası:
10.2.1. bu Nizamnamənin və Partiyanın proqramının tələblərinin, Partiya
orqanlarının qərarlarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
10.2.2. partiyadaxili nizam-intizam və maliyyə məsələlərinə nəzarəti həyata
keçirir;
10.2.3. Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
10.2.4. nəzarətin və təftişin nəticələri barədə İdarə Heyətinə məlumat verir;
10.2.5. fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;
10.2.6. növbədənkənar Qurultayın çağırılması barədə İdarə Heyətinə müraciət
edir;
10.2.7. Partiya orqanlarının (Qurultay istisna olmaqla) və struktur qurumlarının
qərarlarının normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğunluğunu bilavasitə
yoxlayır, həmçinin onların hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə
baxır.
10.3. Nəzarət-Təftiş Komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və
katibi seçir. Nəzarət-Təftiş Komissiyasının iclasları 6 ayda bir dəfədən az olmayaraq
keçirilir. Nəzarət-Təftiş Komissiyasının növbədənkənar iclasları Sədrin, İdarə
Heyətinin və Nəzarət-Təftiş Komissiyası üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə
keçirilir.
10.4. Nəzarət-Təftiş Komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun
göstərişi ilə Komissiya üzvlərindən biri aparır.
10.5. Üzvlərin ümumi sayının yarıdan çoxu iştirak etdikdə Nəzarət-Təftiş
Komissiyasının iclası səlahiyyətli sayılır, qərarlar iclasda iştirak edən Komissiya
üzvlərinin sadə səs çoxluğu (açıq və ya gizli səsvermə yolu) ilə qəbul edilir.
10.6. Nəzarət-Təftiş Komissiyası ehtiyac olduğu anda öz fəaliyyətinə
mütəxəssisləri cəlb etmək hüququna malikdir.
10.7. Nəzarət-Təftiş Komissiyasının üzvü Partiyanın digər orqanlarında və
struktur qurumlarında təmsil oluna bilməz.
- PARTİYANIN STRUKTUR QURUMLARI
11.1. Yerli təşkilatlar İdarə Heyətinin qərarı ilə təsis olunur və onların
səlahiyyətləri, təşkilati strukturu, eləcə də orqanlarının təşkili, qərarların qəbulu və
səlahiyyət müddəti ilə bağlı məsələləri yerli təşkilatlar barədə Əsasnamə (bundan
sonra – Əsasnamə) ilə tənzimlənir.
11.2. Yerli təşkilatlar Partiyanın İdarə Heyəti tərəfindən yaradılır və qeydiyyata
alınırlar. Yerli təşkilatın adında Partiyanın adına və yaradıldığı müvafiq inzibati ərazi
vahidinin adına istinad olunmalıdır.
11.3. Partiyanın yerli təşkilatları ilə qarşılıqlı münasibətləri çərçivəsində həmin
qurumların Partiyanın yuxarı orqanlarının işində Qurultaya nümayəndə göndərmək,
təkliflər, sənəd layihələri və digər materiallar vermək hüququna malikdirlər.
11.4. Yerli təşkilatlar öz fəaliyyətlərini Azərbaycan Respublikası qanunvericiliyi,
bu Nizamnamə, Partiyanın rəhbər orqanlarının qərarları və Əsasnamə əsasında
qururlar. Yerli təşkilatın statusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.
11.5. Yerli təşkilatın yuxarı orqanı ümumi yığıncaqdır (konfrans və s.). Ümumi
yığıncaqda Partiyanın yerli təşkilatında qeydiyyatda olan üzvlər iştirak edir. Ümumi
yığıncaqda yerli təşkilatın fəaliyyətinə dair hesabat dinlənilir, Partiyada müəyyən
olunmuş nümayəndəlik normasına uyğun olaraq Qurultaya nümayəndələr seçilir və
bu Nizamnaməyə uyğun olaraq digər məsələlər həll edilir.
11.6. Yerli təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə, bu
Nizamnaməyə və Əsasnaməyə zidd olan fəaliyyət həyata keçirdikdə İdarə Heyəti
Nəzarət-Təftiş Komissiyasının rəyi əsasında həmin təşkilatları ləğv edir, yenidən
təşkil edir, qərarlarının bu Nizamnamə və normativ hüquqi aktlara uyğunluğunu
yoxlayır, bu Nizamnaməyə və normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir.
11.7. Partiya ləğv olunduğu halda partiyanın yerli təşkilatları və digər qurumları
da ləğv edilirlər.
- PARTİYANIN FƏALİYYƏTİNİN MADDİ TƏMİNAT MƏSƏLƏLƏRİ
12.1. Partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:
12.1.1. üzvlük haqqı;
12.1.2. ianə;
12.1.3. dövlət maliyyə yardımı;
12.1.4. çap mediasının təsis edilməsindən (çap mediasının iştirakçısı
olmaqdan), ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların
hazırlanması və satışından əldə edilən gəlir;
12.1.5. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və
onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait;
12.1.6. hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak;
12.1.7. qanunla qadağan olunmayan digər gəlirlər.
12.2. Partiyanın mülkiyyətində və istifadəsində onun fəaliyyətini təmin etmək
üçün lazım olan qanunla qadağan olunmayan istənilən əmlak ola bilər.
12.3. Partiyanın mülkiyyətində sənaye müəssisələri, kooperativlər, həmçinin
istehsal müəssisələri (bu Nizamnamənin 4.1.12-ci yarımbəndində nəzərə tutulmuş
hallarda istisna olmaqla) ola bilməz.
12.4. Partiyanın əmlakından yalnız bu Nizamnamədən və Partiyanın
proqramından irəli gələn məqsəd və hədəflərə nail olunması, habelə vəzifələrin
həyata keçirilməsi üçün istifadə edilir.
12.5. Partiyanın üzvləri Partiyanın əmlakına münasibətdə hüquqlara malik
deyillər.
12.6. Partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında
bölüşdürülmür və yalnız bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün
istifadə edilir.
12.7. Partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən
növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.
12.8. Partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank
hesabına köçürmə yolu ilə qəbul edir.
12.9. Partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.4.1-ci və
24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatı müvafiq qaydada
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir.
12.9. Partiya forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş illik
maliyyə hesabatını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edir və mediada
dərc etdirir.
12.10. Partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə mediada dərc
etdirir.
12.11. Partiyada mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq aparılır.
- PARTİYANIN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ BƏRPASI
YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ
13.1. Partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar
(fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) partiyanın qurultayı
tərəfindən qəbul olunur.
13.2. Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində partiya qəbul olunmuş
qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir və partiyanın
fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya)
yayımlayır.
13.3. Partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən
dayandırılmış hesab olunur.
13.4. Partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun orqanlarının və
struktur qurumlarının nizamnaməsində nəzərdə tutulmuş səlahiyyət müddətlərinin
axımı dayandırılır.
13.5. Partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitdikdən sonra partiyanın
fəaliyyəti bərpa olunmuş hesab olunur.
13.6. Partiyanın fəaliyyətinin bərpa olunduğu tarixdən 3 gün müddətində partiya
bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
13.7. Partiya bu Nizamnamə və qanunvericiliklə müəyyən edilmiş qaydada
yenidən təşkil oluna bilər.
13.8. Partiya Qurultayda iştirak edən nümayəndələrin 2/3 səs çoxluğu (açıq və
ya gizli səsvermə yolu) ilə qəbul edilmiş qərarı və yaxud Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə ləğv oluna bilər. Partiya ləğv
edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakı bu Nizamnamədə
göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
13.9. Partiyanın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər
normativ hüquqi aktlarına uyğun həyata keçirilir.
- DİGƏR MÜDDƏALAR
14.1. Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə
tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının normativ hüquqi aktlarına
uyğun olaraq tənzimlənir.
14.2. Bu Nizamnaməyə edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı andan
qüvvəyə minir.
14.3. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.