Müavinlər
Rafiq Niyaz oğlu Daşdəmirli
➤ Haqqında
Ehtiram Təvəkkül oğlu Mehtiyev
➤ Haqqında
Məhəmməd Vidadi oğlu Əsədullazadə
➤ Haqqında
01.05.1987 anadan olub. Ali təhsillidir. 2011-ci ildən aktiv siyasətlə məşğuldur. 2019-cu il parlament seçkilərində deputatlığa namizəd olub.
2016-ci ildən aktiv şəkildə mediada siyasi şərhçi kimi çıxış edir. Qaz Prime MMC-nin direktorudur.
Tural Qara oğlu Əhmədov
➤ Haqqında
16.08.1983-cü ildə ziyalı ailəsində doğulub.
2001- ci ildə orta məktəbi, 2006-cı ildə Bakı İslam Universitetinin magistraturasını bitirib, 2011- ilədək həmin universitetdə müəllim, baş müəllim vəzifələrində pedaqoji fəaliyyətlə məşğul olub. 2012 – ci ildə QMİ-nin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olub. Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının, Azərbaycan Yazıçılar, Aşıqlar və Jurnalistlər Birliklərinin üzvüdür. “Türk dünyasına xidmət ödülü”, “Cəsarətli Qələm” ,”Qızıl Kitab”, Prezident təqaüdü mükafatına və bir sıra təltiflərə layiq görülüb. AMEA-nın Şərqşünaslıq İnstitutunun dissertantı, “Nöqtə” qəzetinin və “Ziyalılar Mərkəzi”nin qurucu-rəhbəridir. Əllidən artıq ədəbi, elmi, publisistik kitabın redaktoru, məsləhətçisi, yüzlərlə elmi, dini, publisistik məqalə və 8 kitab müəllifidir.
2008-ci ildə keçirlən Prezident seçkilərində namizəd Razi Nurullayevin vəkili olub. Milli Cəbhə Partiyası qurulandan İdarə Heyətinin üzvü, partiya başqanı millət vəkili Razi Nurullayevin dini məsələlər üzrə müavinidir.
Vüqar Piri oğlu Dadaşov
➤ Haqqında
18.12.1972-ci il tarixdə Yardımlı rayonunun Bozərən kəndində anadan olub. 1990-cı ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirib. Məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub.
1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib. 22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.
1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında daimi yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin “Əhalinin və yüklərinin daşınmasinin təşkili”ixtisasını və “Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.
2018-ci il Prezident seçkilərində prezidentliyə namizəd Razi Nurullayevin vəkili, 2024-cü il prezident seçkilərində MCP-nın namizədi Razi Nurullayevin səlahiyyətli nümayəndəsi olub. 2020-ci il parlament seçkiləri 72 saylı seçki dairəsindən deputatlığa namizəd olub.
Azərbaycan Jurnalistlər, Yazıçılar Birliyinin üzvüdür. 500 dən çox elmi, publisistik məqalə müəllifidir. “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Ailəlidir, üç övladı var.