Peyğəmbəri siyasi məkrlərə alət etmək… – Dinşünas

Ermənilər hazırda Qərbi Azərbaycan məsələsindən narahatdırlar. Buna görə İran Qafanda konsulluq açmışdı və digər müxtəlif yollarla deportasiya edilmiş əhalimizin gələcəkdə yerlərinə qayıtmasına maneə yaratmağa çalışırlar.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqan müavini, siyasi şərhçi, dinşünas Tural İrfan deyib Ermənistanda dünyanın ən böyük İsa Məsih heykəlinin tikintisinə münasibət bildirərkən deyib.
Eskeprt bildirib ki, hər nə qədər sülh olsa da, Ermənistan xristian kartından sui-istifadə edir, dini dəyərləri alətə çevirirlər:
“İşğal olunmuş, başqasına məxsus torpaqda onun heykəlinin qoyulmasına Həzrət İsa özü də razı olmazdı. Görünür, artıq Qərb səlibçiləri Ermənistan üçün başqa planlar hazırlayıblar. Ermənistan tarix boyu dini, kilsəni çirkin niyyətlərə alət edib. Qəsb olunan, başqasına aid olan torpaqda yaşaya bilsən də, orada müqəddəs bir Peyğəmbərin abidəsini qoymaq yalnız o torpağın əsl sahiblərinin izni ilə ola bilərdi. Qafqaz Albaniyasında xristian əhalinin yaşaması faktdır, lakin onlar ermənilər olmayıb. Ermənilər tədricən Şimali Hindistan və İraq ərazisindən gəlmədir. Albaniyanın da tarixi varisi Azərbaycandır”.

Dinşünas əlavə edib ki, əslində, Peyğəmbərə heykəl qoymaq doğru deyil:
“Həzrət İsanın missiyalarından biri də bütpərəstliklə mübarizə idi. İndi onun özünə heykəl qoymaq, Peyğəmbəri siyasi məkrlərə alət etmək əslində xristian dini üçün də münasib deyil. Onsuz da tarixi abidələr, alban kilsələri sübut edir ki, ermənilər bu torpaqlara gəlmədir. Qərb dünyasının xristian olmasından həssas məqamlarda sui-istifadə edən ermənilər bölgə üçün hər zaman problem mənbəyi olaraq qalacaqlar. Müəyyən hakimiyyətlər dövründə fasilə versələr də, təhrikçilərin “işə başla” əmri gələn kimi yenidən baş qaldıra bilərlər. Odur ki, sülhü qorumaq üçün bizim də hər zaman güclü müttəfiqlərimiz olmalı, Türkiyə ilə daima sıx dostluqda qalmalı və güclü olmalıyıq”.