Xəbərlər
Tək evin borca görə satışı… – Deputat

“Tək yaşayış evinin borca görə satışının tam məhdudlaşdırılması mütləqdir”.
Sosdem.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, Bank-müştəri müqavilələrində şəffaflıq standartları üst səviyyəyə çatdırılmalıdır.
“Məhkəmə icraçıları üçün xüsusi davranış kodeksi hazırlanmalıdır; təzyiq və hədə-qorxu halları qəti şəkildə qadağan edilməlidir. Bu məsələ yüz minlərlə vətəndaşın həyatına birbaşa təsir edir”, – MCP başqanı əlavə edib.
