Onlar həm də sarsılmaz ailə dəyərlərimizin simvoludur… – Deputat

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev və MCP-nin başqan müavini Ehtiram Mehtiyev 20 Yanvar faciəsinin rəmzinə çevrilmiş şəhidlər – İlham və Fərizə Allahverdiyevlərin xatirəsinə həsr olunan anım mərasiminə qatılıblar.
Sosdem.az xəbər verir ki, məclisdə çıxış edən Razi Nurullayev İlham və Fərizə cütlüyünün Azərbaycanın müstəqillik tarixinə silinməz izlər qoyduğunu vurğulayıb.
MCP başqanı, bu sevgi və şəhadət hekayəsinin gənc nəsil üçün əsl vətənpərvərlik və sədaqət nümunəsi olduğunu qeyd edib.
“İlham və Fərizənin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların fədakarlığı həm milli azadlıq mübarizəmizin, həm də sarsılmaz ailə dəyərlərinin simvoludur,” – deyə deputat bildirib.
Tədbirdə iştirak edən digər qonaqlar da 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq yolundakı əhəmiyyətindən danışıb, şəhidlərimizin ruhuna dualar oxuyublar.


