Xəbərlər

ABŞ Venesuelaya müdaxilə edəcək? – Şərh

ABŞ-Venesuela arsında hərbi qarşıdurmanı istisna edirəm…

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.

Politoloq qeyd edib ki, hazırda ABŞ-nin əsas rəqibi Çindir və Vaşinqton bütün mübarizə planlarını onun üzərində qurur.

“Eyni zamanda ABŞ-nin münaqişə coğrafiyasını regiona çəkməsi ağlabatan görünmür. Ona görə ki, Venesuelaya qarşı hərbi müdaxilə ABŞ-nin özü üçün də riskləri artırar. Braziliya prezidentinin xəbərdarlığında böyük həqiqət payı var. Cənubi Amerikada münaqişə və müharibənin baş qaldırması yalnız Çin, Rusiya və İran üçün sərfəli ola bilər. Habelə humanitar risklər yarana bilər ki, təkcə regionda deyil, bütün dünyada iqtisadi, ticari münasibətlərə zərbə dəyməklə xaoitik durma yaranar”, – ekspert deyib.

MCP rəsmisi vurğulayıb ki, hərbi münaqişənin alovlanması müharibənin ABŞ torpaqlarına keçə biləcəyini də istisna etmir.

“Odur ki, ABŞ-nin hələlik təhdid dili ilə planlarına nail olmaq cəhdləri nəzərə çarpır. Ümumiyyətlə, hərbi müdaxilənin baş verməyəcəyi qənaətindəyəm və müharibə ehtimalının munimum olduğu fikrindəyəm. ABŞ-nin əsasən dərin hədəflərində Çin, yaxın hədəfində isə İran var. Belə bir zəmində elə də mühüm əsas olmadan ikinci, yaxud üçüncü cəbhə açacağı ağlabatan deyil”, – Tural İrfan əlavə edib.

Bir cavab yazın

Back to top button