Xəbərlər

İran Zəngəzur dəhlizini “Qırmızı xətt” adlandırdı – ŞƏRH

“İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani Zəngəzur dəhlizinin İran üçün “qırmızı xətt” olduğunu bir daha vurğulayıb. O, yenidən Zəngəzur dəhlizi ilə bağlı iddialarını ortaya qoyub. Bu gün Əli Laricani Rusiyanın baş nazirinin müavini Vitali Savelyev ilə görüşdən sonra bu açıqlamanı verib”.

Sosdem.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Milli Cəbhhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, Laricani mühafizəkar qanadı təmsil edir və onun bu ritorikaya qayıtması Moskva ilə birgə koordinasiyanın nəticəsidir.

“Qeyd etmək lazımdır ki, İran prezidenti Məsud Pezeşkian və onun komandası Zəngəzur dəhlizinə açıq dəstək nümayiş etdirir. Ötən həftə İranın xarici işlər naziri Azərbaycana səfər edərək, ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını açıq şəkildə vurğuladı. Tehranda mühafizəkar qanadın mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılacağına dair qəti qərar mövcuddur və Ermənistan da bu məsələyə razılıq verib.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyi açıqlama verərək, Zəngəzur dəhlizinin onların sərhəd qoşunlarının məsuliyyət zonasından keçdiyini bəyan edib. Bu, Rusiyanın mövqeyini açıq şəkildə ortaya qoyur. Görünür, İran və Rusiya eyni gündə verdikləri açıqlamalarla Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almağa çalışırlar”, – şərhçi deyib

MCP rəsmisinin fikrincə, belə olan halda, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərini İranla sərhəddən çıxarmalıdır.

“Eyni zamanda, Donald Trampın Rusiyaya yönəlmiş reveransları Moskvanı Cənubi Qafqaz siyasətində daha aktiv hərəkət etməyə təşviq edir” – politoloq əlavə edib.


Bir cavab yazın

Back to top button