Zelenski Rusiyanın adamıdır ?… – ŞƏRH

Almaniyanın paytaxtı Berlində Vaşinqton və Kiyevin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar sülhə doğru real addımlar kimi dəyərləndirilə bilər.
Sosdem.az xəbər verir ki, bunu “İnformator.az”a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
Politoloq gələn ilin ilk rübünə qədər ABŞ-nin təkidi ilə real sülh anlaşmasının mümkün olduğunu qeyd edib:
“Onsuz da bundan başqa yol yox idi. Ya müharibə, ya da sözü gedən sülhə getmək. Hesab etmirəm ki, burada hələlik başqa məqsədlər olsun. Ukraynanın təhlükəsizliyi ilə bağlı vədlərlə bağlı, şübhəsiz ki, Qərbin öz tələbləri var və bununla bağlı da qarantorlar olmalıdır. Qeyd etmişdik ki, ilin sonuna qədər Ukrayna – Rusiya müharibəsi ilə bağlı sülhə doğru mühüm addımlar atılacaq. Hazırda bu proses gedir və ilin sonudur. Mümkündür ki, gələn ilin ilk rübünə qədər ABŞ-nin təkidi ilə real sülh bağlansın. Çünki artan gərginlik bir çox dünya ölkələrinin maraqlarına ciddi zərbə vurur. Əsas odur ki, Aİ ilə ABŞ-nin də bu mövzuda rəqabəti sayəsində ziddiyyətlər yaranıb. Hazırda isə sözü gedən sülhlə bağlı həm Avropa həm də ABŞ bu məsələnin həllində maraqlı görünürlər.
Ekspert qeyd edib ki, Rusiya ilə müqavilə su üzərində barmaqla yazılan yazıya bənzəyir:
“Təbii ki, Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəa var. Amma bu da məlumdur ki, Rusiya ilə imzalanan müqavilə su üzərində barmaqla yazılan yazı kimidir. İstənilən vaxt həmin müqaviləni, yaxud şərtlərini poza bilər. Məhz bunun baş verməməsi üçün əsas qabaqlayıcı tədbirləri Qərb görməlidir. Nisbi razılıq əldə olunduqdan sonra artıq sülh prosesinə daxil olaraq digər açıq qalan məsələlərə də baxılacaq. Hesab edirəm ki, daha müharibə bitib və böyük güclərin hesabladığı mərhələ başa çatıb. Müharibə də onsuz da dayandırılacaq. Sadəcə sülh, danışıq görüntüsü yaradıb prosesi təbii göstərmək istəyirlər. Hamı düşünür ki, Volodimir Zelenski Qərbin kadrıdır, lakin bu belə deyil”.

Şərhçi iddia edib ki, Zelenski Rusiyanın, şəxsən Putinin yetişdirdiyi şəxsdir:
“Onun Ukrayna lideri olması ilə başladılan bu savaşda Rusiyanın torpaqlarını genişləndirməyə başlaması təsadüfən üst-üstə düşməyib. Əvvəlcədən müəyyən olunduğu qədər Rusiyaya torpaq verilib, hazırda isə barışıq olacaq. Əvəzində isə Rusiya İsrailə dəstək verərək, Fələstinlə bağlı siyasi mövqeyini korrektə edəcək. Trampın Putinlə pozitiv münasibəti və simpatiyasının kökündə əslində bu dayanır. Sülhdən sonra Rusiyanın İsrail və ABŞ ilə bağlı mövqeyi xeyli yumşalacaq, Tramp “sülh göyərçini” kimi təqdim olunacaq. İsrailin regionda böyüməsi üçün Rusiyanın razılığı vacib idi. Çünki Türkiyə və İran da daxil olmaqla Rusiyanın təsir edə biləcəyi ölkələr var. Bütün bu məqsədlərlə belə bir ticarət həyata keçirilib. Ukraynaya yəhudi əsilli rəhbər gətirilib savaşa təhrik edilib. Torpaqları Rusiyanın işğal etməsinə şərait yaradıb sonra da sülh bağlayacaq və nəticədə Moskva da ABŞ-nin və İsrailin maraqlarına cavab verən addımları atacaq. Bütün Ukrayna məsələsi əslində Yaxın Şərqdəki proseslərlə bilavasitə əlaqədardır”.