Əsas prinsip vətəndaşın məmnun qalmasıdır – Deputat köməkçisi

Bizim üçün əsas prinsip vətəndaşın məmnun qalmasıdır. Buna görə də yalnız dinləməklə kifayətlənmir, həm də onların sənədlərinin düzgün tərtib olunmasına, məsələlərin həllinə yönəlmiş addımların atılmasına yaxından dəstək veririk.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
“İnanırıq ki, hər bir vətəndaşın səsi eşidilməli, problemi diqqət və həssaslıqla araşdırılmalıdır. Bu da dövlət-vətəndaş münasibətlərində etimadın artmasına xidmət edir”, – MCP rəsmisi əlavə edib.
Deputat köməkçisi mütəmadi olaraq vətəndaşlarla İmişli rayonunda, həmçinin Milli Məclisdə görüşlər, qəbullar keçirdiklərini, onların problemlərinin həlli istiqamətində əllərindən gələni etdiklərini bildirib.
“Bu gün də Milli Məclisdə İmişli rayon sakinləri Şahin Şirəliyev və Şaiq Rəcəbəlini qəbul edərək onların müraciətlərini dinlədik. Hər iki vətəndaşın məsələsi əmlak və torpaq problemləri ilə bağlıdır. Milli Məclisin deputatı, MCP başqanı, hörmətli Razi Nurullayein tapşırığına uyğun olaraq, ərizəçilərin müraciətlərini düzgün və qaydalara uyğun şəkildə hazırlayacağıq. Müraciətlər aidiyyəti qurumlara təqdim ediləcək və proses nəzarətimizdə olacaq”, – başqan müavini deyib.
