Xəbərlər
Şəhid ailələri deputatın fəaliyyətində prioritetdir

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev şəhid Baş leytenant Cavid Səfərlinin anası Xatirə xanımı Milli Məclisdə qəbul edib.
Görüş zamanı millət vəkili şəhid anasının qaldırdığı məsələləri dinləyib və mövcud problemlərin həlli üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, şəhid ailələrinin və qazilərin sosial məsələləri Razi Nurullayevin fəaliyyətində daim prioritet istiqamətlərdən biridir. Deputat mütəmadi olaraq şəhid ailələrini və qaziləri ziyarət edir, onları qəbul edərək qayğıları ilə yaxından maraqlanır.
Allah şəhidlərimizə rəhmət eləsin!
