Milli Cəbhə Partiyası Azərbaycan xalqını təbrik edib

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyası Ağdam şəhəri günü münasibətiylə Azərbaycan xalqını təbrik edib.
“Ağdam şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə ağdamlıları, xalqımızı təbrik edirik.
Bu gün biz təkcə bir şəhərin deyil, bütöv bir ruhun, bir iradənin, bir millətin yenidən doğuluşunu qeyd edirik. Ordumuzun göstərdiyi şücaət, xalqımızın sarsılmaz birliyi tarixi ədalətin bərpasına yol açdı.
Bu gün Ağdam yenidən dirçəlir, həyat geri qayıdır.
Milli Cəbhə Partiyası olaraq inanırıq ki, Qarabağın tam bərpası Azərbaycanın daha güclü gələcəyinin əsasını formalaşdıracaq.
Ağdamın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
Şəhidlərimizə rəhmət, qazilərimizə sağlıq diləyirik!” – təbrikdə qeyd edilib.