Xəbərlər
MCP-nin Konstitusiya Günü TƏBRİKİ

Əziz həmvətənlər!
Milli Cəbhə Partiyası Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir!
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlətçiliyimizin hüquqi əsaslarını möhkəmləndirdi, xalqın suveren iradəsini, azadlıq və ədalət prinsiplərini təsbit etdi. Bu sənəd milli dövlət quruculuğumuzun, hüquqi və demokratik cəmiyyətin bünövrəsini qoydu.
Bu gün hər bir vətəndaşın borcu Konstitusiyamızın dəyərlərinə sadiq qalmaq, dövlətimizin müstəqilliyini, suverenliyini və milli birliyimizi qorumaqdır.
Azərbaycan Respublikasının Konstitusiyası – xalqın iradəsi, dövlətin dayağı və azadlığımızın təminatıdır.
Bayramınız mübarək!