Xəbərlər

“Paşinyan erməni Apostol Kilsəsinə qarşı cəbhə açıb” – AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Apostol Kilsəsinin rəhbəri II Qaregini səlahiyyətsiz şəkildə taxtı ələ keçirməkdə ittiham edib.

Kilsə və hakimiyyət arasında yaranan açıq qarşıdurma Ermənistanın sabitliyinə və cəmiyyətin parçalanmasına səbəb ola bilərmi?

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında, Paşinyanın konkret olaraq erməni Apostol Kilsəsinə qarşı cəbhə açdığını deyib.

“Baş nazir baş keşiş İkinci Qareginin artıq erməninin baş ruhanisi olmadığını vurğulayır və onun istefa verilməli vacibliyini qeyd edir. Həqiqətən də erməni Apostol Kilsəsi bu günləri Rusiyanın narrativləri ilə hərəkət edib, siyasi hakimiyyəti ələ almaq üçün çevriliş planında da rol alıb. Revanşist erməni müxalifəti ilə eyni siyasi görüşdədilər. Tərəflər koordinasiyalı şəkildə fəaliyyət göstərirlər,” – politoloq bildirib.

MCP rəsmisi, Rusiyanın da kilsəyə və revanşist erməni müxalifətinə daim dəstək verdiyini qeyd edib.

“Bunu Paşinyan yaxşı bilir. Seçki öncəsi onların fəaliyyəti Ermənistanda siyasi xaos, təxribat yaratmaq, Paşinyanı devirməkdir. Ona görə də Paşinyan baş keşişi vəzifəsindən uzaqlaşdırmağa, həbsə nail olmasa da, ümumiyyətlə onu neytrallaşdırmağa çalışır və düşünürəm ki, buna nail olacaq. Amma bu, Ermənistanda siyasi xaosa gətirib çıxarmayacaq, çünki artıq xalq da İkinci Qareginin siyasi hakimiyyət uğrunda artıq mübarizəsini bilir, görür və Nikol Paşinyanın kilsə və İkinci Qaregin haqqında dediklərini qəbul edir”, – ekspert qeyd edib.

Bir cavab yazın

Back to top button