MCP başqan müavini beynəlxalq simpoziumda iştirak edib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçirilib.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayevin Dini İşlər üzrə müavini, dinşünas Tural İrfan Azərbaycan İlahiyyat İnstitutunun dəvəti ilə simpozumda iştirak edib.
Qeyd edək ki, simpoziumda dövlət rəsmiləri, dini konfessiya təmsilçiləri, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan nümayəndələrlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərlərinin də yer aldığı 40-a yaxın alim və mütəxəssis iştirak edirblər.
