Xəbərlər

İsrail regionda yeni münaqişə ocaqları yaradır – ŞƏRH

Türkiyə XİN rəhbəri Hakan Fidan bildirib ki, Suriyadakı ən böyük təhlükə İsrailin ekspansionist siyasətidir. Onun sözlərinə görə, bu məsələ ABŞ-lə müzakirə olunan əsas mövzulardandır. Fidan deyib ki, Suriya Türkiyənin təhlükəsizlik məsələsidir və İsrail qonşu ölkələri zəif saxlamaq siyasətindən əl çəkməlidir.

Sosdem.az xəbər verir ki, “İnformator.az”a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfanın sözlərinə görə, İsrail nəinki təkcə Türkiyə və Suriya üçün, bütün bölgə üçün ciddi təhlükə yaradır:

“Dövlət hədəfi kimi qonşu ölkələri işğal edərək “Böyük İsrail” yaratma strategiyasını izləyir. “Vəd edilmiş torpaqlar” inancını dövlət proqramına salaraq Nil çayından Fərata qədər özünün hesab edir. Təbii ki, hazırda heç kəs onun bu planınından vaz keçirməyə qadir deyil. Lakin müəyyən qədər bunu ləngitmək yaxud işğalı nəzərdə tutulan dövlətlərin qüdrətlənməsi baş verə bilər ki, bu da həmin planın baş tutmamasına imkan yaradar. Hazırda İsrailin planı Suriyada mümkün qədər təxribatlar, üsyanlar, iğtişaşlar yaradıb separatçı təşkilatların əli ilə dövlətin möhkəmləndirilməsinə imkan verməməkdir. Suriyada əsas sərmayə qoyan və aparıcı təsirə malik olan Türkiyədir. İsrailin təxribatları regionda yeni münaqişə ocaqları yarada bilər. Onsuz da İsrailin məqsədi odur. Hətta Həmasın Suriyada fəaliyyətinə şərait yaratmaq istəyirlər ki, onu bəhanə edib Suriyanı da yenidən Qəzza kimi dağıtsınlar”.

Politoloqun bildirib ki, vaxtilə İsrailin də iştirakı ilə Qərb dövlətləri tərəfindən İŞİD-də bu məqsədlə yaradılıb və onun bəhanəsi ilə İraqı və Suriyanı dağıdıblar, işğal edib sərvətini istismar etdilər:

“Hər halda Suriyada yeni münaqişə yaranmaması üçün Türkiyə ABŞ ilə danışaq aparmalı, əvvəlcə daxildəki qruplarla yol tapılmalıdır ki, dövlətə içəridən zərbə dəyməsin. Druzlar, Suriya Demokratik Qüvvələri, Ələvilər və digərləri İsrailin təsiri altında Suriyanı yenidən qan gölünə çevirib İsrailə təhvil vermək istəyir. Əgər ABŞ bunu istəmirsə, İsrailə təsir göstərə bilər. Türkiyənin Suriyada təhlükəsizliyini təmin etməsi labüddür. Əgər İsrail hərbi müdaxilə edərsə, Türkiyənin cavab verməsi də qaçılmaz olacaq. İsrailin qonşu ölkələri zəif saxlamaq siyasəti guya təhlükəsizliyi üçündür. Ancaq reallıq budur ki, əksinə İsrail bununla özünə təhlükə yaradır. Zəif saxlamaq istədiyi ölkələrin içindən radikal silahlı qruplar yaranır və ümumi bölgə üçün təhlükə yaradır. ABŞ-nin Türkiyəni dəstəkləyəcəyinə inanıram. Çünki Tramp sülhə meyllidir və bu kimi münaqişələri həll etməyi də özünə fəxarət hesab edir. Ona görə marağı olacaq ki, Suriyada vəziyyət normallaşsın”.

Bir cavab yazın

Back to top button