Xəbərlər

Qum-çınqıl karxanaları bağlanıb, iş yerləri kütləvi azalıb – Deputat

İmişli ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb.

Sosdem.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

“Qım-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və bildiyiniz kimi Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il traxili Sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı.

Mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur. Məhz, mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir.

Vacibdir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın”, – millət vəkili çıxışında bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu