Xəbərlər

“İmişlidə çox adamı işə düzəltdim, amma öz qohumlarım işsizdir” – Deputat

Mən müvafiq dövlət qurumlarına müraciət edib İmişlidə 1500 nəfərdən çox insanın işlə təmin olunmasına kömək etmişəm. Amma mənim bacım, qardaşım və onların övladları İmişlidə yaşasalar da, heç biri işlə təmin olunmayıb. İmişlinin Xəlfəli kəndində bir bacım, bir qardaşım və onların uşaqları yaşayır. Ana tərəfdən olan bütün qohumlarım da İmişlinin müxtəlif kəndlərindədirlər. Açığı, artıq öz qohumlarım məndən narazı düşüblər, çünki heç biri işləmir.

Sosdem.az xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

“Mən bütün limitlərimi, tanışlıq imkanlarımı xahişlərə sərf etmişəm”, deyən millət vəkili, “amma öz qohumlarımı işlə təmin edə bilmədim”, deyə qeyd edib:

“Onların hamısı mənə deyirlər ki, “sən deputatsan, amma biz işsizik”. Mən də tam məsuliyyətlə deyirəm: bu, doğrudur. Bu gün bacım, qardaşım, onların uşaqları, hətta yeznəm də məni qınayır ki, onlara kömək edə bilməmişəm. Mənim edə biləcəyim yeganə şey maddi dəstək göstərməkdir. Bir neçə dəfə dövlət qurumlarına müraciət etmişəm, amma nəticə hasil olmayıb. Başqası üçün rica edəndə israrla tələb edə bilirəm, amma qohumlarıma gələndə, bunu edə bilmirəm. Yəqin, bundan da sui-istifadə edənlər olub. Nəticədə deputatın bütün qohumları rayonda işsiz qalıb”.

Deputat bildirib ki, bu gün hansısa dövlət qurumundan “Razi Nurullayevin filan qohumunu işə götürmüşük” deyə bilməzlər:

“Halbuki dəfələrlə demişəm, xahiş etmişəm. Bəs onlar nə ilə dolanmalıdırlar? Bəzən onların xahişini çatdıranda sadəcə hə, yadımızdadır” deyirlər, məsələ beləcə də qalır.

Mənim öz övladlarımın ikisi də işsiz idi, birini təzə işə düzəltmişəm, amma aldığı maaşdan çox yolpulu çıxır. Halbuki yüksək təhsili var, bir neçə dil bilir. Mən inanıram ki, övladlarım gələcəkdə öz yollarını tapacaqlar. Mən övladlarının dövlət hesabına iş tapmasına çalışmamışam, əksinə, onların öz bacarıqları ilə irəliləməsini istəyirəm. Bir iş adamı mənə dedi ki, “qızını göndər, gəsin mənim yanımda işləsin”. Qızım ADA Universitetində kompüter elmləri ixtisasını bitirib, onun savadı o iş üçün yararlı idi. Amma düşündüm ki, xarici şirkətlərlə işləsin, öz işini qursun, daha çox qazansın, daha çox yararlansın. Mən heç vaxt dövlət qurumlarından övladlarım üçün iş istəməmişəm”.

MCP başqanı bəzən qohumlarının haqsızlıqla üzləşdiklərini, amma onların haqqlarını almağın çətin olduğunu deyib.

“Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz hələ yeni dövlətik, bir çox məsələlər hələ dövlət əxlaqına və idarəçilik ənənəsinə çevrilməlidir. Yeni gələn vəzifəli şəxs əvvəlkinin yaxşı təcrübəsini qoruyub saxlamalıdır. Bəzən düşünürəm ki, biz çox tələsirik, amma armud elə vaxtında yetişir”, – millət vəkili bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu