Deputat şəhid atasına qarşı diqqətsizlikdən şikayətləndi – Kimdir günahkar?

Şəhid atası, İmişli rayonunun Nurulu kəndində yaşayan, ağır vəziyyətdə xəstə yatağında olan Yerevan kişini ziyarət etdim. Halına ürəyim ağrıdı. Çox gözəl kişidir. Bir neçə ay öncə onu gözünün müalicəsi ilə bağlı “Dünyagöz” xəstəxanasına gətirmişdim. Allah köməyi olsun!
Sosdem.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev sosial şəbəkədə məlumat paylaşıb.
Millət vəkili qeyd edib ki, şəhid atasının evi də yaxşı vəziyyətdə deyil.
“Heç maraqlanan da olmayıb ki, “kişi, necə yaşayırsan?”. Belə başa düşdüm ki, ev üçün növbəyə də yazılmayıb. O, həyasına bürünüb etməyib bunu, bəs aidiyyatı qurumlar, sizlərə nə olmuşdu? Fürsət bildiniz?
Ümumiyyətlə, ehtiyacı olan şəhid ailələrinə ev verilməsi və tikilməsi dayandırılıb. Halbuki, bu məsələ keçən ilə qədər tam olaraq həllini tapmalı idi. Kimdir günahkar?”, – MCP başqanı deyib.

